Hafidi-Siddiqi-Əkbər Qasim (r.a)

Silsiləi-Sâdâtın üçüncü halqası olan Qasım bin Muhamməd (r.a) Tabiindən olub Hz. Əbu Bəkrin nəvəsidir. Hz. Osmanın xəlifəliyi zamanında doğulan Qasım bin Muhammədin (r.a) künyəsi Əbu Abdurrəhmandır.
Anası son İran hökmdarı Yezdəcirdin qızı Sevdadır. Hz. Ömər (r.a) İranı fəth etdikdə əsirlər arasında Yezdəcirdin üç qızı da var idi. Bunlardan biri Hz.Hüseyn ilə evləndi və İmam Zeynəlabidin doğuldu. Digəri Hz. Abdullah İbni Ömər ilə evləndi və Salam bin Abdullah doğuldu. Sevda da Hz. Əbu Bəkrin oğlu Muhamməd ilə evləndi və Hz. Qasım doğuldu. Hər üçü də o dövrün tanınmış şəxsləri idilər.

Mübarək sözlərindən

“İnsanlar mənə fətva soruşardılar, mən də: “Bu məsələni bilmirəm”, – deyərdim. İsrarla təkrar soruşardılar. O zaman: “Vallahi, sizin soruşduğunuz məsələni bilmirəm. Əgər bilsəydim, söyləyərdim. Onsuz da bildiyim şeyi gizləyib söyləməməyim halal olmaz.
Sizin soruşduğunuz məsələni bilmirəm. Adamın Allahın fərz buyur-duqlarını öyrəndikdən sonra cahil olaraq yaşaması bilmədiyi məsələlərdə fətva verməsindən daha xeyirlidir”.

Vəfatı

Ömrünün sonlarına doğru çox zəifləmişdi. Həcc və ya ümrə üçün Məkkəi-Mükərrəməyə gedərkən Hicri 106-cı (M. 724) ildə 72 yaşında Məkkəi-Mükərrəmə ilə Mədinəi-Münəvvərə arasındaki Qudeyd deyilən yerdə vəfat etdi və oraya dəfn edildi.