Vəzifə və Xidmətləri

Süleyman Əfəndi Həzrətləri (q.s) 1919-cu ildəki məzuniyyətindən sonra 1 iyun, 1920-ci il tarixindən etibarən dərsiam olaraq vəzifəyə başlayır. 1922-ci ildə Daru’l-Xilafəti’l-Aliyyə Mədrəsəsinin “İbtidai-Xaric” qisminin birinci sinifinə ilk dəfə Türk dili müdərrisi olaraq təyin edilir. Ardından 1923-cü ildə əvvəl Ərəb dili (Sarfı-Ərəbi), daha sonra təkrar Türk dili müdərrisliyini icra edir.

Bu əsnada 1 noyabr, 1922-ci ildə Osmanlı səltənəti ortadan qaldırılmışdır. Ardından da 3 mart, 1924-cü ildə çıxarılan “Tövhidi-Tədrisat” Qanunu ilə mədrəsələr əvvəl Maarif Vəkalətinin (Milli Təhsil Nazirliyi) tabeçiliyinə verilmiş, bir müddət sonra ləğv olunmuşdu.

Ancaq vəzifəsini həyata keçirdiyi İbtidai-Xaric Mədrəsəsi İmam Xatib Məktəbinə çevrildikdən sonra Süleyman Əfəndi Həzrətləri (q.s) o zamanın şərtlərini və yürüdülən siyasəti nəzərə alaraq burada lazımi din təhsili verilə bilməyəcəyindən, dərsiamlıq öhdəsində qalmaqla müdərrislikdən öz istəyi ilə istefa verir.

“Tövhidi-Tədrisat” Qanunu ilə müdərrislər kənarda qalır. Süleyman Əfəndi Həzrətləri (q.s) özünün də üzvü olduğu Cəmiyyəti-Müdərrisində sayları 520-yə qədər olan İstanbul müdərrislərini “gedişatın dini elmlərin yox olmasına səbəb olacağını” ifadə edərək belə xəbərdarlıq edir:

“Ey dərsiamlar! Sizlər bu məmləkətdə bu gün üçün dinin təminatlarısınız. İki-üç adam oxudub onlara dini öyrətsəniz, ən azı əlli il, bir-iki nəsil boyu İslamın ömrünü uzatmış olacaqsınız. Bunu etməsəniz, hüzuri-İlahidə məsuliyyətdən yaxanızı qurtara bilməzsiniz!”.

Lakin müdərrislər: “Artıq xocalıqda bizə çörək qalmadı, bizə təklif ediləcək başqa peşələrə gedək” – deyirlər. Süleyman Əfəndi Həzrətləri isə onlara:

“Əfəndilər, xocalıq bir peşə, bir çörək təknəsi deyildir. Xocalıq: Allahın, Rəsulullahın, Kitabullahın və dini-cəlili-İslamın təbliğ məmurluğudur” – deyə cavab verir.

Süleyman Əfəndi Həzrətləri (q.s) sonunda bəzi müdərrisləri razı salaraq hökumətə bu mətndə bir teleqraf göndərməyə müvəffəq olur:

“Biz aşağıda ad və imzaları olan dərsiamlar hökumətimizin Hərbi-Ümumi kimi böyük bir fəlakətdən çıxması səbəbilə mali-müzayaqa (iqtisadi çətinlik) içində olduğunu nəzərə alaraq dini və İslami elmləri fəxriyyətlə (qarşılıqsız) oxutmağa hazır olduğumuzu bildiririk”.

Ancaq bu istəklərinə: “Məmləkətdə “Tövhidi-Tədrisat” Qanunu məriyyətdədir (qüvvədədir). Əleyhinə hərəkət edənlər şiddətlə cəzalandırılacaqlar” şəklində cavab gəlir.

1926-cı ildə son dəfə öz kəndi olan Fərhadları ziyarət edir və qırx gün qaldıqdan sonra təkrar Türkiyəyə qayıdır. İki il sonra da (1928-ci ildə) atası Osman Əfəndinin vəfat xəbərini alır.

Bütün mənfi şərtlər altında dini-mubini-İslam üçün səy göstərən Süleyman Əfəndi Həzrətləri (q.s) o çətin günləri belə anladır:

“Bir zaman gəldi, məbus (millət vəkili) maaşı qədər pul verib tələbə oxutmaq istədim, tapa bilmədim. Pulu alıb qaçırdılar, çünki qorxurdular. Bu elmlər yer üzündən qeyb olacaq deyə qorxurdum. Fəqət sonradan Cənabı Haqq səbəblər xəlq etdi və oxutma imkanı tapdım. Yaşlılardan başladıq, daha sonra gənclər gəldi. Və indi davam edir. Bütün bunlar Cənabı Haqqın bizə lütfüdür”.

O günlərdə daim polis təqibi altında olan Süleyman Əfəndi Həzrətləri 1930-cu ildə İstanbuldan ayrılaraq tələbə oxutmaq üçün Çatalcanın Kabakça kəndində bir ferma icarəyə götürür. Ayrıca bir ortaqla bərabər kerosin satan bir şirkətin Trakya üzrə əsas satışını həyata keçirmək səlahiyyətini əldə edir. İcarəyə götürdüyü fermada işləyən işçilərin arasından seçdiyi bəzi kimsələrə dərs oxudur. Bu vəziyyət polis tərəfindən təsbit edildikdə dərsə davam edə bilmək üçün o ətrafda olan Kuşkayasına çıxır. Sonra Silivridə meşə kömürü hazırlamaq üçün icarəyə götürdüyü meşənin tənha bir bölgəsində dərs oxutmağa davam edir.

Bu fəaliyyətləri də aşkar edildikdə 1933-cü ildə cənuba gedib Toros dağlarının bəzi yaylalarında süd və süd məhsullarının istehsalı ilə məşğul olaraq tələbə oxudur. Şəhərlərarası qatar səfərlərində də dərs oxudur. Tələbə tapa bilmədiyi zamanlarda iki qızını oxudaraq icazət verir.

Süleyman Əfəndi Həzrətləri (q.s) bir tərəfdən də İstanbulda Doğançılar, Əziz Mahmud Hudai, Yağkapanı, Softa Xatib, Üçmehrablı, Kasımpaşa Camii-Kəbiri, Piyaləpaşa, Ağa Camisi, Ərəb Camisi, Arpaçılar Camisi, Asmalı Məscid, Kısıklı Camisi kimi nisbətən küçük camilərlə yanaşı, Şahzadəbaşı, Laləli, Fateh, Süleymaniyyə, Sultanəhməd, Bayəzid, Yenicami kimi səlatın səlatın camilərində vəz və irşad fəaliyyətlərinə davam edir.

Süleyman Əfəndi Həzrətləri (q.s) bu xidmətləri ilə birlikdə əsil fəaliyyəti olan tələbə oxutma xidmətlərinə məscid otaqlarında, evlərdə, evlərin zirzəmilərində davam edir. Tələbələri arasında gənc-yaşlı və müxtəlif peşə sahibi kimsələr vardır.

İstər söhbətlərinin təsiri, istərsə Əhli-Sünnət vəl-Camaat əqidəsinə bağlılığı nəticəsində geniş xalq kütləsi tərəfindən böyük sevgi görən Süleyman Əfəndi Həzrətləri (q.s) 1950-ci ildən sonra yaranan bəzi imkan və fürsətlərdən istifadə etməklə ona könül bağlayan zənginlərin də dəstəyi ilə fəaliyyətlərini daha da artırır.

Bu çərçivədə 1951-ci ildə bir iş adamının Üsküdar Çamlıcadaki köhnə köşkünün birinci mərtəbəsində iyirmi beşə yaxın tələbə ilə ilk yataqxanalı Quran Kursunu açır. Növbəti illərdə başda öz evinin bəzi ləvazimatları olmaqla Çamlıca və ətrafında kirayəyə götürdüyü evlərdə və Əziz Mahmud Hudai çiləxanasının yanındaki bir binada dərs halqaları təşkil edir. Eyni illərdə İstanbulun Avropa hissəsində Şahzadəbaşı və Vəfadakı Taştəknələr (Molla Xusrəv) Camilərində başda imam və müəzzinlər olmaqla tələbələrə dərs oxudur.

Süleyman Əfəndi Həzrətləri (q.s) köhnədən mədrəsələrdə oxudulması illərlə davam edən dərsləri zamanın şərtlərini diqqətə alaraq qısa müddətə tamamladır. Belə qısa müddət ərzində tələbə yetişdirməsi tənqid edildikdə belə buyururlar:

“Əfəndilər! Ümməti-Muhammədin övladı sel kimi cəhənnəmə axıb gedərkən ümmətin bu elmlərin beş-on ildə oxudulmasını gözləməyə təhəmmülü (dözümü) vardırmı? Biz övladlarımıza elmin açarını veririk, onlar bu açarla kitabların və kitabxanaların qapılarını açacaqlar”.

Əbu’l-Faruq Süleyman Hilmi TUNAHAN (Q.S) (SİLİSTRƏVİ) Həzrətləri (q.s) tədrisata ilk olaraq Qurani-Kərimi və elmihal məlumatlarını öyrədərək başlardı. Sonra sarf elmindən: “Əmsilə”, “Binə”, “Maqsud”; nəhvdən: “Avamil”, “İzhar”, “Kafiyə”, “Molla Cami” kitablarını; kəlama dair “Əqaid’i-Nəsəfiyyə” və “Əmali Qəsidəsi”; fiqhdən “Nuru’l-izah”, “Quduri”; üsuli-fiqhdən “Muxtasaru’l-Mənar”; məntiqdən “İsagoci”; elmi-bəyan və bədidən “Əlaqə Risaləsi” və “Təlxisu’l-Miftah” və “Muxtasaru’l-Məani” kimi Ərəbcə əsərləri oxudurdu.

Yüksək səviyyədə dərslərin oxudulduğu təkamül tələbələrinə isə elmi-kəlamdan Saduddin Təftazaninin “Şərh’i-Əqaid”ini, fiqhdən Molla Xusrəvin “Dürəru’l-Hükkam”ını, üsuli-fiqhdən yenə Molla Xusrəvin “Miratu’l-Usul” və Xadiminin “Məcamiu’l-Haqaiq” adlı əsərini, məntiqdən Əli əl-Qazvininin “Şəmsiyyə”sini oxudur, zaman və imkan daxilində fəraiz, təfsir, üsuli-təfsir, hədis və üsuli-hədisə dair bir əsər oxudaraq icazət verirdi. Tələbələrinə din elmləri ilə yanaşı astronomiya və tibbə dair məlumatlar verir və onları yeniliklərdən xəbərdar edirdi.

Yetişdirdiyi tələbələrini xocalıq etmək üçün müxtəlif yerlərə göndərməklə dərs halqalarının sayını daha da artıran Süleyman Əfəndi Həzrətləri (q.s), başda Ramazan ayları olmaqla onları vaz və irşad üçün Anadolu və Trakyanın müxtəlif kənd və şəhərlərinə göndərmişdir.

Digər tərəfdən yetişən tələbələrini rəsmi imtahanlara göndərərək bir çoxunun müfti, vaiz, imam və Quran Kursu xocası olaraq xidmət etməsini təmin etmişdir. Tələbələrini yalnız elmi və mənəvi baxımdan yetişdirməmiş, onların yemə-içmə, qalma və sağlamlıq məsələləri ilə də maraqlanmışdır.

Süleyman Əfəndi Həzrətləri (q.s) vəz və tələbə oxutma fəaliyyətləri əsnasında bir çox dəfələr təqibə məruz qalır, polis bölməsinə çağırılır, ifadəsi alınır, hətta müxtəlif zamanlarda İstanbul Əmniyyəti Birinci Şöbəsinin pis şərtlərindən ötrü “tabutluq”1 adlanan təcridxanasında işgəncəyə məruz qalır.

1956-cı ildəki bir xütbəsində: “Əlcəzairli qardaşlarımıza yardım edə bilmirik, heç olmazsa dualarımızla dəstək olaq” – dediyi üçün Əmniyyətdə ifadəsi alınır.

1957-ci ildə Kutahyanın Tavşanlı qəsəbəsindən bir şəxs tərəfdarları ilə Bursa Ulucamisində mehdilik iddiası ilə nümayiş təşkil edir. Süleyman Əfəndi Həzrətlərinin (q.s) bu hadisə ilə əlaqəsi olduğu iddia edilərək Kutahya Əmniyyət Müdürlüyündə dindirildikdən sonra altmış doqquz yaşında həbs olunub əlli doqquz gün sonra hakimin hüzuruna çıxarılır. Ancaq digərlərində olduğu kimi bunda da hadisənin quraşdırma və şahidlərin yalançı olduğu anlaşıldığından 29 avqust, 1957-ci il tarixində zaminlə sərbəst buraxılır və ardınca 8 noyabr, 1957-ci ildə bəraət alır.

Süleyman Əfəndi Həzrətləri (q.s) həyatını uğrunda fəda etdiyi tələbə oxutma və insanları irşad etmə xüsusunda çox ağır iftiralara və rəsmi məqamların davamlı təzyiqinə məruz qalır.