İmam Cəfəri Sadiq (r.a)

Silsiləi-Sâdâtın dördüncü halqası olan Cəfəri Sadiq (r.a) 8 Ramazanı-Şərif, 80-ci (M. 699) il tarixində Mədinəi-Münəvvərədə dünyaya gəldi. Əhli-Beytin böyüklərindən olan Cəfəri Sadiq Həzrətləri sözlərindəki sədaqətindən ötrü “Sadiq” ləqəbi ilə məşhur olmuşdur. Künyəsi Əbu Abdullah və Əbu İsmaildir.
Cəfəri Sadiq (r.a) Həzrətlərinin ata tərəfdən nəsli Hz. Əliyə çatır. Belə ki, atası Muhamməd Baqir, onun atası Əli Zeynəlabidin, onun atası Hz. Hüseyn və onun atası da Əmiru’l-muminin Hz. Əlidir (r.anhum).

Anası Ümmü Fərvə vasitəsilə nəsli Hz. Əbu Bəkrə (r.a) çatır. Belə ki, anasının atası və Silsiləi-Sâdâtın üçüncü halqası Qasım bin Muhamməd (r.a) Hz. Əbu Bəkrin (r.a) nəvəsidir.
Cəfəri Sadiq (r.a) Həzrətləri tabiindən olub səhabədən Ənəs bin Malik və Səhl bin Sadı (r.anhumə) görmüşdür.

İmam Azam Numan bin Sabit Həzrətləri Cəfəri Sadiq Həzrətlərinə intisab etmiş və: “(Cəfəri Sadiq Həzrətlərinə intisab etdiyim bu) iki il olmasaydı, Numan həlak olardı”, – buyurmuşdur.

Mübarək sözlərindən

“Namaz təqvalı Müsəlmanların Rəbbinə yaxınlaşmasıdır.
Həcc zəiflərin cihadıdır.
Bədənin zəkatı orucdur.
Əməlsiz dua edən yaysız ox atan kimidir.
Ruzinizi sədəqə verməklə bol edin, mallarınızı zəkat ilə qoruyun.
Qənaət edən möhtac olmaz.
Tədbir keçimin yarısıdır.
Dostluq ağlın yarısıdır.
Ana və atasını incidən onlara üsyan etmiş olar.
Müsibətə uğradıqda (səbir etməyib) dizinə vuran mükafatını itirər.
Hz. Allah səbri müsibətin, ruzini də zəhmətin miqdarına görə endirər”.

Vəfatı və qəbri-şərifləri

Cəfəri Sadiq (r.a) Həzrətləri Şəvval ayında, 148-ci (M. 765) ildə 68 yaşında olarkən Mədinəi-Münəvvərədə vəfat etdilər. Atasının da dəfn olunduğu Baqi Qəbiristanlığına dəfn olundu.