Silsiləi-Sâdâtın on dördüncü halqası olan Seyyid Əmir Kilal (q.s) Həzrətləri Buxaranın Suxar kəndində doğuldu. Doğum tarixi tam olaraq bilinmir. Dulusçuluqla dolanışığını təmin etdiyi üçün Farscada “dulusçu” mənasına gələn “Kilal” adı ilə xatırlanır. Peyğəmbər Əfəndimizin (s.a.v) nəslindən olub Seyyiddir. Atasının adı Əmir Həmzədir.
Anası nəql edir
“Ona hamilə qalarkən nə vaxt şübhəli yemək yesəydim, qarnımda şiddətli bir ağrı hiss edərdim. Bu hal bir neçə dəfə təkrar edildikdə anladım ki, bu, qarnımda daşıdığım uşağın müstəsna biri olduğuna görədir. Ondan sonra ağzıma aldığım hər loxmada ehtiyatlı davrandım və övladımı ümidlə gözlədim”.
Vəfatı və qəbri-şərifləri
Seyyid Əmir Kilal (q.s) Həzrətləri 8 Cəmaziyələvvəl, 772-ci (M. 1370) il, Cümə axşamı günü doğulduğu kənd olan Suxarda vəfat etdi və oraya dəfn edildi. Qəbri-şərifləri hazırda Buxaranın Bəhauddin kəndi yaxınlığındadır.