Hacə Muhamməd Baba Səmasi (q.s)

Silsiləi-Sâdâtın on üçüncü halqası olan Hacə Muhamməd Baba Səmasi (q.s) Həzrətləri Ramitin ilə Buxara arasında yerləşən Səmas kəndində doğuldu. Doğum tarixi tam olaraq bilinmir.
Əqli və nəqli elmləri öyrənərək böyük bir alim olmuşdur. Daha sonra Hacə Əli Ramitiniyə (q.s) intisab etmiş, onun söhbət və dərslərində yetişmişdir.
Hacə Əli Ramitini Həzrətləri vəfatlarına yaxın xəlifə olaraq Hacə Muhamməd Baba Səmasi Həzrətlərini seçmiş, irşad əmanətini ona təslim etmişlər. Tələbələrinə və mənsublarına ona tabe olmalarını söyləmişdir.

Vəfatı və Qəbri-Şərifləri

Hacə Muhamməd Baba Səması Həzrətləri 755-ci (M. 1354) il tarixində Səmasda vəfat etdilər və bura dəfn edildilər. Qəbri-şərifləri hazırda Buxaranın Ramitan mahalının Dəcha kəndindədir.