Silsiləi-Sâdâtın onuncu halqası olan Hacə Arif Rivgəri (q.s) Həzrətləri Buxarada Gücduvan yaxınlarındakı Rivgər qəsəbəsində doğuldu. Doğum tarixinə dair mənbələrdə dəqiq bir məlumat yoxdur.
Vəfatı və qəbri-şərifləri
Uzun omür yaşayan Hacə Arif Rivgəri (q.s) Rivgərdə vəfat etdi və oraya dəfn olundu. Vəfat tarixi ilə əlaqəli mənbələrdə fərqli tarixlər keçir. Ancaq Hacə Həzrətlərinin “Arifnamə” adlı əsərinin sonunda nüsxələri çoxaldan şəxs tərəfindən yazılan beytdə vəfatı üçün tarix düşürülən “Qutbu-zamanu Arif billah” ibarəsi 634-cü (M. 1236) il tarixinə düşür. Qəbri-şərifləri hazırda Buxaranın Şəfirqan bölgəsindədir.