Hacə Abdulxaliq əl-Gücduvani (q.s)

Silsiləi-Sâdâtın doqquzuncu halqası olan Hacə Abdulxaliq Gücduvani (q.s) Həzrətləri Yusuf Həmədani Həzrətlərinin dördüncü xəlifəsi, Hacəgan təbəqəsinin öndəri, Nəqşibəndiyyə Silsiləsinin rəisidir.
Buxaraya 50 km məsafədə olan Gücduvan qəsəbəsində doğulan Hacə Abdulxaliq Həzrətlərinin doğum tarixi haqqında kitablarda bir qeydə rast gəlinməmişdir. Atasının adı Abdulcəmildir. İmam Abdulcəmil deyə tanınan bu şəxs İmam Malik Həzrətlərinin nəvələrindəndir. Dövrünün məşhur şəxslərindən olub zahiri və batini elmlərdə alim idi. Malatyada qalan İmam Abdulcəmil Həzrətlərinin zövcəsi də Rum hökmdarlarından birinin qızıdır. Rum və Şam diyarlarında meydana gələn hadisələrdən ötrü uzaq-yaxın bütün qohumu ilə birlikdə Mavəraunnəhrə hicrət etdi. Buxaraya gəlib Gücduvana yerləşdi.
İmam Abdulcəmil Həzrətləri ilə Xızır Aləyhissəlam arasında mənəvi qardaşlıq var idi. Xızır Aləyhissəlam təşrif buyurduqları zamanların birində ona bir oğlunun olacağını müjdələmiş, adını da Abdulxaliq qoymasını söyləmişdi. Gücduvana yerləşdikdən sonra Abdulxaliq Gücduvani Həzrətləri dünyaya gəldi. Gücduvanda böyüdü və ilk elmini Buxarada təhsil aldı.

Fərz namazdan sonra dua

Bir gün hüzuruna uzaqdan bir yolçu gəlib: “Hacə Həzrətləri! Mənə imanla axirətə getməyim üçün bir dua öyrədin ki, şeytanın hiylələrindən salamat şəkildə xilas olaq”, – dedi. Hacə Abdulxaliq Həzrətləri: “Allahu Təala fərz namazları ədadan sonra edilən duanı qəbul edəcəyini vəd etdi. Sən fərz namazlardan sonra bizə dua et, biz də fərz namazlardan sonra sənə dua edək. Belə olsa, bizim və sizin haqqınızda duanın qəbul olunduğunun əsəri meydana çıxar. Müvəffəqiyyət ancaq Allahu Təala-dandır”, – buyurdular.

Nəqşibəndiyyə Təriqətinin düsturları

Nəqşibəndiyyə Təriqətinin üzərində qurulduğu bu səkkiz əsas onun müqəddəs düsturlarındandır:
Huş Dər-Dəm, Nəzər Bər-Qadəm, Səfər Dər-Vətən, Xəlvət Dər-Əncümən, Yad-kərd, Baz-gəşt, Nigah-daşt, Yad-daşt.
Ali Təriqətin düsturlarından olan üç əsas daha vardır:
Vüqufu-zamanı, Vüqufu-ədədi, Vüqufu-qəlbi.
Bunların hamısı on bir əsasdır.

Vəfatı və qəbri-şərifləri

Hacə Abdulxaliq Gücduvani Həzrətləri 575-ci (M. 1180) ildə Gücduvanda vəfat etdilər və bura dəfn edildilər.
Vəfatlarına “Məhbubu-Nəbiyyi-Müctəba” ibarəsi tarix düşürülmüşdür. Qəbri-şərifləri indiki vaxtda Özbəkistanda Buxara-Səmərqənd magistral yolunun üstündəki Gücduvan qəsəbəsindədir.