Hacə Mahmud İncirfağnəvi (q.s)

Silsiləi-Sâdâtın on birinci halqası Hacə Mahmud İncirfağnəvi (q.s) Həzrətləridir. Buxaranın Vabkənə qəzasının İncirfağni kəndində doğuldu. Doğum tarixinə dair bir məlumat yoxdur.

Vəfatı və qəbri-şərifləri

Hacə Mahmud (q.s) Həzrətləri Hicri 715-ci (M. 1315) və ya 717-ci (M. 1317) il tarixində vəfat etdilər. Qəbri-şərifləri hazırda Buxaranın Vabkənt və Şəfirqan qəsəbələri arasındakı İnciri kəndindədir.