Silsiləi-Sâdâtın səkkizinci halqasını təşkil edən Yusuf Həmədani (q.s) Həzrətləri Hicri 440-cı (M. 1048) ildə İranın Həmədan şəhərində doğuldu. Künyəsi Əbu Yaqubdur. İmam Azam Həzrətlərinin nəvələrindəndir.
Vəfatı və qəbri-şərifləri
Son zamanlarında bəzən Herat, bəzən də Mərvdə qaldı. 28 Muharrəm 535-ci (M. 1140) ildə Heratdan Mərvə gedərkən yolda 95 yaşında vəfat etdi və vəfat etdiyi yerə dəfn olundu. Daha sonra qəbri Mərvə nəql olundu”. Qəbri-Şərifləri hazırda Türkmənistanın Mərv şəhərinin şərqindəki Bayraməli mahalının Mərv kəndindədir.