Əş-Şeyx (Əbu Əli) Əl-Farmədi (q.s)

Silsiləi-Sâdâtın yeddinci halqası olan Əbu Əli Farmədi (q.s) Həzrətləri İranın Tus şəhərinin Farməd qəsəbəsindəndir. Əsil adı Fəzl bin Muhamməddir. 407-ci (M. 1016-cı) ildə doğuldu.

Xidmətin mükafatı

Bir gün ustadı İmam Əbu’l-Qasım əl-Quşeyri (q.s) hamama girmişdi. Əbu Əli Farmədi (q.s) ustadı istəmədən onun ehtiyacı olduğu bir neçə vedrə suyu hamama apardı. Ustadı hamamdan çıxıb namaz qıldıqdan sonra: “Suyu kim gətirdi?”, – deyə soruşdu. Əbu Əli Farmədi (q.s) görəsən ədəbə zidd bir şeymi etdim düşüncəsi ilə sakit durdu. Şeyxi üç dəfə soruşduqda: “Mən gətirdim, əfəndim”, – deyə cavab verdi. Ustadı: “Ey Əbu Əli, sən Əbu’l-Qasımın yetmiş ildə əldə edə bilmədiyini bir vedrə su ilə əldə etdin”, – buyurdu.

Vəfatı və qəbri-şərifləri

477-ci (M. 1084) ilin Rəbiuləvvəl ayında 70 yaşlarında olarkən vəfat etdilər. Qəbri-şərifləri Tus şəhərindədir.