Silsiləi-Sâdâtın iyirmi yeddinci halqası olan Mövlana Şəmsuddin Həbibullah (q.s) Həzrətləri 11 Ramazan, 1111-ci (M. 1700) və ya 1113-cü il tarixində bir Cümə günü doğuldu. Əsil adı Mirzə (və ya Mazhari) Canı-Canandır.
Nəsli iyirmi səkkiz batindən sonra Muhamməd bin Hənəfiyyə Həzrətləri vasitəsilə Hz. Əliyə çatır. Babaları böyük dövlət adamı olub gözəl əxlaq, mürüvvət, ədalət və şücaət sahibi, comərd və dinlərinə tam bağlı idilər. Atası Mirzə Can Həzrətləri maddi mövqe və məqamı buraxıb kasıblığı və qənaəti seçdi, sərvətini də fəqir və miskinlərə payladı.
Mübarək sözlərindən
“Allaha və Rəsuluna və Peyğəmbər Əfəndimizin (s.a.v) Allahdan gətir-diyi şeylərə iman gətirdim. Allah və Rəsulunun sevdiyini mən də sevirəm, onların sevmədiyini mən də sevmirəm” – demək icmalı imandır və insanın qurtuluşu üçün kifayətdir”.
“Allah dostlarına hörmət etmək və onları sevmək lazımdır. Bir kimsənin öz şeyxini digərlərindən daha fəzilətli qəbul et¬məsi şeyxinə olan məhəbbətindəndir. Çünki o kimsə öz şeyxindən mənəvi fayda əldə edib istifadə edir”.
Vəfatı və qəbri-şərifləri
7 Muharrəm, 1195-ci (M. 1781) ildə çərşənbə gecəsi üç adam Mövlana Şəmsuddin Həbibullah Həzrətlərinin qapısını döydü. Xidmətçisi qapıya baxıb onu ziyarətə gələnlərin olduğunu xəbər verdi. İçəriyə buraxmasını söylədi. Hüzuruna üç atəşpərəst gəldi. Mövlana Şəmsuddin Həbibullah Həzrətləri yatağından qalxıb onların yanlarına gəldi. Gələnlərdən biri: “Mirzə Canı-Canan sizsinizmi?”, – deyə soruşdu. “Bəli, mənəm”, – dedi. Yanındakı yoldaşları da: “Bəli, Mirzə Canı-Canan budur”, – dedikdə xəncərini çıxarıb qəlbinə yaxın bir yerindən yaraladı.
Aradan üç gün keçdi, daha da zəiflədi, hətta səsi heç eşidilməz oldu. Aşura gününə düşən Cümə günü axşam vaxtı iki-üç dəfə dərin nəfəs aldıqdan sonra mübarək ruhu əbədi aləmə şəhid olaraq köçdü. Dehlidə dəfn olundu.