Əş-Şeyx Muhamməd Nuru’l-Bədvani (q.s)

Silsiləi-Sâdâtın iyirmi altıncı halqası olan Şeyx Muhamməd Nuru’l-Bədvani (q.s) Həzrətləri seyyid olub zahiri və batini elmlərdə zamanında çox məşhur idi.
Muhamməd Masum Həzrətlərinin oğlu Şeyx Seyfuddin Həzrətlərinə intisab etmiş, illərlə onun xidmətində olmuş və onun hüzurunda Maqamatı-Əhmədiyyənin sonuna qovuşmuşdur. Muhamməd Masum Həzrətlərinin xəlifələrindən Muhamməd Muhsinin (q.s) söhbətlərində də iştirak etmişdir.

Vəfatı və qəbri-şərifləri

Muhamməd Bədvani Həzrətləri 11 Zilqadə, 1135-ci (M. 1723) ildə vəfat etdilər. Qəbri-şərifləri Hindistanın Dehli şəhərindədir.