Silsiləi-Sâdâtın altıncı halqası olan Əbu’l-Həsən Xarqani (q.s) Həzrətləri dövrünün ən böyük alimi və zamanın Qutbu idi. Adı Əli bin Cəfərdir. Künyəsi Əbu’l-Həsəndir. Bistamın bir qəsəbəsi olan Xarqanda dünyaya gəlmişdir. Bura nisbətlə “Xarqani” deyə yad edilir. Əbu’l-Həsən Xarqani Həzrətlərinin doğum tarixi ilə əlaqəli qaynaqlarda qəti bir məlumat olma-dığına görə 352-ci (M. 963) ildə doğulduğu bildirilir.
Mübarək sözlərindən
“Dünyada alimlər və ibadət edən qullar çoxdur. Lakin Allahın razı olacağı şeylə axşama girib yenə Onun razı olduğu şeylə sabaha çıxmaq lazımdır”. Yəni daim Allahu Təalanın razı olacağı şeylərlə məşğul olmaq lazımdır.
“Səhərdən axşama qədər bir mömin qardaşını incitməyən kimsə o gün axşama qədər Peyğəmbər Əfəndimizlə (s.a.v) yaşamış kimi olar. Əgər bir mömin qardaşını incidərsə, Allahu Təala onun o günkü ibadətlərini qəbul etməz”.
Vəfatı və qəbri-şərifləri
Vəfatı yaxınlaşdığında tələbələrinə qəbrini üç arşın dərinlikdə qazma-larını vəsiyyət etmiş və belə buyurmuşdu: “Bura Bəstam şəhərindən daha yüksəkdir. Qəbrimin Ustadım Bayəzidi Bəstaminin qəbrindən yüksəkdə olması ədəbə uyğun olmaz”.
Şeyx Əbu’l-Həsən Həzrətləri 10 Muharrəm, 425-ci il (M. 1033), çərşənbə axşamı günü vəfat etdilər. Vəfat etdiyində 73 yaşında idi.
Qəbri-şərifləri Qarsın Kağızmanqapısı səmtindədir. Türbəsinin Qarsda olduğu Övliya Çələbinin “Səyahətnamə”si və digər bəzi əsərlərdə bildirilir.
Qəbri-şərifləri bir rəvayətə görə də Xarqandadır.