Silsiləi-Sâdâtın beşinci halqası olan Əbu Yezid Tayfur əl-Bəstami (q.s) Həzrətlərinin adı Tayfur, künyəsi Əbu Yezid, künyəsi Sultanu’l-Arifin, atasının adı İsadır. 188-ci (M. 803) ildə İranın şimalında, Xəzər dənizi yaxınlığında Bəstam şəhərində dünyaya gəldi. Adəm və Əli adında iki qardaşı olub üçü də abid və zahid idilər.
Bayəzidi Bəstami (q.s) Həzrətləri Üveysidir. Onu Cəfəri Sadiq (r.a) Həzrətlərinin ruhaniyyəti tərbiyə etmişdir.
Mübarək sözlərindən
“Haqqa qovuşanlar hörmətə riayət edərək qovuşmuşlar. Qovulanlar da hörməti tərk etdikləri üçün qovulmuşlar”.
Bir adam gəlib: “Qurtuluşuma səbəb olacaq bir şey öyrət”, – dedi. “Bu iki şeyi yaxşı öyrən. Bunları öyrənsən, başqa bir şeyə ehtiyacın olmaz: Allahu Təala səni bilir, səni və etdiklərini hər vaxt görür”, – buyurdular.
“Sənə işlədiyin günahın zərər verdiyi kimi mömin qardaşını aşağı və həqir görməyin də eyni şəkildə zərər verər”.
“Mənə: “Bunu nə üçün etmədin?”, – deyilməsi, “Nə üçün bunu etdin?”, – deyilməsindən daha sevimlidir”.
Vəfatı və qəbri-şərifləri
Bayəzidi Bəstami (q.s) Həzrətləri 261 (M. 874) və ya 264-cü (M. 877) ildə vəfat etdilər. Qəbri-şəriflərinin müxtəlif yerlərdə olduğu deyilsə də, ən məşhuru Bəstamda olduğudur. Qəbrinin Hatayın Qırıqxan mahalı yaxınlığında olduğu da rəvayət edilir.