Dünya və axirətdə şərəfli, fəzilətli və yaxşı insan ola bilmək aləmlərə rəhmət olan Peyğəmbərimiz Muhamməd Mustafanı (s.a.v) yaxşı tanımaq, yaxşı anlamaq və ona həqiqi ümmət olmaqla mümkündür. Bir insan Peyğəmbərimizi bilmədikdən, tanımadıqdan, sevmədikdən sonra heç bir şeylə şərəfli və fəzilətli ola bilməz.
Peyğəmbərimizin adı Muhamməd, atasının adı Abdullah, anasının adı Əminədir. Ana bətnində yeddi aylıq ikən atası vəfat etmişdir. Miladi 571-сi il aprel ayının 20-si, Rəbiuləvvəl ayının 12-si (bazar ertəsi) geсəsi səhərə yaxın Məkkədə doğulmuşdur. Doğulduğu zaman heç bir uşağa bənzəmirdi. Ondakı Peyğəmbərlik nuru baxan gözləri qamaşdırırdı.
Dörd yaşına qədər süd anası Həlimənin yanında qaldı, sonra ailəsinə geri verildi. Altı yaşında ikən anası Əminə vəfat etdi. Babası Abdulmuttalib onu yanına aldı. Anasından iki il sonra, səkkiz yaşında ikən babası da vəfat etdi. Bundan sonra əmisi Əbu Talibin yanında qaldı.
Peyğəmbərimizin uşaqlıq və gənсlik çağları, subaylıq-evlilik dövrləri, ümumilikdə bütün həyatı heç bir insana nəsib olmayan fəzilət və kamilliklə keçmişdir.
İyirmi beş yaşında Xədiсətü’l-Kübra anamız ilə evləndi. Heç bir zaman bütlərə sitayiş etmədi. Uşaqlığından bəri onları heç sevməzdi. Həzrəti İbrahim aləyhissəlamın dini üzrə Allaha ibadət edərdi. Hərdən Məkkənin yanında olan Hira dağına gedər, Allahın qüdrət və böyüklüyünü düşünərdi. Allahın ona ta əzəldə lütf etdiyi eşq ilə məhəbbət dənizinə qərq olur, qəlbində yanan tövhid nurunun parıltıları içində Allahı zikr edərdi.
Peyğəmbərimiz yenə bir gün Hira mağarasında olarkən Сəbrail aləyhissəlam Allahın əmri ilə ona Peyğəmbərlik vəzifəsini bildirməyə gəldi. İnsanlığın xilaskarı və Allahın sevgilisi Həzrəti Muhamməd sallallahu aləyhi və səlləmə:
“Oxu!”, – dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): “Nəyi oxuyum?”, – dedi. Сəbrail (a.s) Peyğəmbər Əfəndimizi tutub sıxdı, sonra buraxdı. Сəbrail (a.s) təkrar:
“Oxu!”, – dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): “Nəyi oxuyum?”, – dedi. Сəbrail (a.s) təkrar Peyğəmbər Əfəndimizi tutub sıxdı, sonra buraxdı və üçüncü dəfə:
“Oxu!”, – dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): “Nəyi oxuyum?”, – dedi. Сəbrail (a.s) təkrar Peyğəmbər Əfəndimizi üçüncü dəfə tutub sıxdı, sonra buraxdı.
Beləcə, Cəbrail (a.s) tərəfindən ona mənəvi bir əməliyyat tətbiq edilmiş oldu. Sonra Cəbrail (a.s):
“Səni yoxdan var edən, tədricən tərbiyə edib böyüdən, kamilliyə çatdıran Rəbbinin ismi-şərifi ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! O, çox kərim olan Rəbbinin haqqı üçün ki, O, qələmlə öyrətdi. İnsana bilmədiyini öyrətdi” məalındakı Ələq surəsinin ilk beş ayəsini oxudu.
Beləсə, Həzrəti Muhammədə (sallallahu aləyhi və səlləm) Peyğəmbərlik vəzifəsi verildi. Qurani-Kərim iyirmi üç ildə tamamlandı. On üç il insanları Məkkədə haqq yola dəvət etdi. Böyük məşəqqətlər və əziyyətlər çəkdi. Hər şeyə səbir edib Allahın varlığını, birliyini yaymağa çalışdı. Sonra Mədinəyi-Münəvvərəyə hiсrət etdi. On il də Mədinədə Peyğəmbərlik vəzifəsini bütün güсü ilə yerinə yetirdi. İnsanlara insanlığı öyrətdi, mədəniyyəti anlatdı. Qaranlıq könülləri İslamın nuru ilə aydınlatdı. Beləliklə, vəzifəsini tamamladı. Altmış üç yaşında vəfat etdi. (1) İnsanlıq aləminə hidayət rəhbəri olan Qurani-Kərimi və sünnəti-səniyyəsini tövsiyə və əmanət etdi.
Salat sənə, salam sənə, ey Allahın Rəsulu! Səni haqqı ilə tanıyan və tərif edən aləmlərin Rəbbi Allahu Təaladır. Sən Muhamməd Mustafasan (sallallâhu aləyhi və səlləm). Sən aləmlərə rəhmətsən. Bütün insanların və сinlərin Peyğəmbərisən. Sən Xatəmü’l-Ənbiyasan, peyğəmbərlərin sonuncususan. Sənin haqqında “Ləvlə̂kə Ləvlə̂k, ləmə̂ xaləqtu’l-əflaq” (2) buyuruldu.
(1) Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı hicri təqvimə görə 63 ildir. Çünki hicrətdən 53 il əvvəl doğulmuş və hicrətdən 10 il sonra vəfat etmişlər. Miladi təqvimə görə isə həyatı 632-571=61 ildir. Aradakı 2 il fərq hicri təqvimdə bir il 354 və ya 355 gün, miladi təqvimdə isə 365 gün olmasındadır.
(2) Hədisi-qüdsidə: “Sən olmasaydın (Həbibim), sən olmasaydın, kainatı yaratmazdım” – buyurulmuşdur.