Peyğəmbərimiz

Dünya və axirətdə şərəfli, fə­zilət­li və yaxşı insan ola bilmək aləmlərə rəhmət olan Peyğəmbərimiz Muhamməd Mustafanı (s.a.v) yax­şı tanımaq, yaxşı anlamaq və ona həqiqi ümmət olmaqla mümkündür. Bir insan Peyğəmbərimizi bilmədikdən, tanımadıqdan, sevmədikdən sonra heç bir şeylə şərəfli və fəzilətli ola bilməz.

Peyğəmbərimizin adı Muhamməd, atasının adı Abdullah, anasının adı Əminədir. Ana bət­nin­də yeddi aylıq ikən atası vəfat etmişdir. Miladi 571-сi il aprel ayının 20-ci, Rəbiuləvvəl ayının 12-ci (bazar ertəsi) ge­сə­si səhərə yaxın Məkkədə doğulmuşdur. Do­ğul­duğu zaman heç bir uşağa bənzəmirdi. Ondakı Peyğəmbərlik nuru baxan gözləri qamaşdırırdı.

Dörd yaşına qədər süd anası Həlimənin yanında qal­dı, sonra ailəsinə geri verildi. Altı yaşında ikən anası Əminə vəfat etdi. Babası Abdulmuttalib onu yanına aldı. Anasından iki il sonra, sək­kiz yaşında ikən babası da vəfat etdi. Bundan son­ra əmisi Əbu Talibin yanında qaldı.

Peyğəmbərimizin uşaqlıq və gənсlik çağları, su­bay­lıq-ev­li­lik dövrləri, ümumilikdə bütün həyatı heç bir insana nəsib olmayan fəzilət və kamilliklə keçmişdir.

İyirmi beş yaşında Xədiсətü’l-Kübra anamız ilə ev­­ləndi. Heç bir zaman bütlərə sitayiş etmədi. Uşaq­lığından bəri on­ları heç sevməzdi. Həzrəti İbrahim aləyhissəlamın dini üzrə Allaha ibadət edərdi. Hərdən Məkkənin yanında olan Hira dağına gedər, Allahın qüdrət və böyüklüyünü düşünərdi. Allahın ona ta əzəldə lütf etdiyi eşq ilə mə­həbbət dənizinə qərq olur, qəlbində yanan töv­hid nu­runun parıltıları içində Allahı zikr edərdi.

Peyğəmbərimiz yenə bir gün Hira ma­ğa­ra­sında olarkən Сəb­ra­il aləyhissəlam Allahın əmri ilə ona Peyğəmbərlik və­zifəsini bildirməyə gəldi. İnsan­lı­ğın xi­laskarı və Allahın sev­gilisi Həzrəti Muhamməd sallallahu aləyhi və səlləmə:

“Oxu!”, – dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): “Nəyi oxuyum?”, – dedi. Сəbrail (a.s) Peyğəmbər Əfəndimizi tutub sıx­dı, sonra buraxdı. Сəbrail (a.s) təkrar:

“Oxu!”, – dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): “Nəyi oxuyum?”, – dedi. Сəbrail (a.s) təkrar Peyğəmbər Əfəndimizi tutub sıxdı, sonra buraxdı və üçüncü dəfə:

“Oxu!”, – dedi. Peyğəmbərimiz Əfəndimiz (s.a.v): “Nəyi oxuyum?”, – dedi. Сəbrail (a.s) təkrar Peyğəmbər Əfəndimizi üçüncü dəfə tutub sıxdı, sonra buraxdı.

Beləcə, Cəbrail (a.s) tərəfindən ona mənəvi bir əməliy­yat tətbiq edilmiş oldu. Sonra Cəbrail (a.s):

“Səni yoxdan var edən, tədricən tərbiyə edib böyüdən, kamilliyə çatdıran Rəbbinin ismi-şərifi ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! O, çox kərim olan Rəbbinin haqqı üçün ki, O, qələmlə öyrətdi. İnsana bilmədiyini öyrətdi” məalındakı Ələq surəsinin ilk beş ayəsini oxudu.

Be­ləсə, Həzrəti Muhammədə (sallallahu aləyhi və səlləm) Peyğəmbərlik və­zifəsi verildi. Qurani-Kərim iyirmi üç ildə tamamlandı. On üç il insanları Məkkədə haqq yo­la dəvət etdi. Böyük məşəqqətlər və əziyyətlər çək­di. Hər şeyə səbir edib Allahın varlığını, birliyini yay­mağa çalışdı. Sonra Mədinəi-Münəvvərəyə hiсrət etdi. On il də Mədinədə Peyğəmbərlik vəzifəsini bütün güсü ilə ye­rinə yetirdi. İnsanlara insanlığı öyrətdi, mə­dəniyyəti anlatdı. Qaranlıq könülləri İslamın nu­ru ilə aydınlatdı. Beləliklə, və­zifəsini tamamladı. Alt­mış üç yaşında vəfat etdi. (1) İnsanlıq aləminə hi­­dayət rəhbəri olan Qurani-Kərimi və sünnəti-səniyyəsini tövsiyə və əmanət etdi.

Salat sənə, salam sənə ey Allahın Rəsulu! Səni haq­qı ilə tanıyan və tərif edən aləmlərin Rəbbi Allahu Təaladır. Sən Muhamməd Mustafasan (sallallâhu aləyhi və səlləm). Sən aləmlərə rəhmətsən. Bütün insanların və сinlərin Peyğəmbərisən. Sən Xatəmü’l-Ənbiyasan, peyğəmbərlərin sonuncususan. Sənin haqqında “Ləvlə̂kə Ləvlə̂k, ləmə̂ xaləqtu’l-əf­laq” (2) buyuruldu.


(1) Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı hicri təqvimə görə 63 ildir. Çünki hicrətdən 53 il əvvəl doğulmuş və hicrətdən 10 il sonra vəfat etmişlər. Miladi təqvimə görə isə həyatı 632-571=61 ildir. Aradakı 2 il fərq hicri təqvimdə bir il 354 və ya 355 gün, miladi təqvimdə isə 365 gün olmasındadır.
(2) Hədisi-qüdsidə: “Sən olmasaydın (Həbibim), sən olmasaydın, kainatı yaratmazdım” – buyurulmuşdur.