Hacə Muhamməd Zahid Bədaxşi (q.s)

Silsiləi-Sâdâtın on doqquzuncu halqası olan Mövlanə Muhamməd Zahid Bədaxşi (q.s) Həzrətləri Yaqubi Çərxi (q.s) Həzrətlərinin nəvəsidir, qızının oğludur. Özbəkistanın Hisar (bugünkü adı ilə Surxandərya) vilayətinin Vahşivar (digər adı Vahş) kəndində doğuldu.

Vəfatı və qəbri-şərifləri

Hacə Muhamməd Zahid Həzrətləri 936-cı (M. 1529) ildə Vahşıvar kəndində vəfat etdi və bura dəfn edildi. Qəbri-şərifləri hazırda Surxandərya vilayətinin Boysan mahalına bağlı Xocasaat kəndi yaxınlarındadır.