Hacə Ubeydullah əl-Əhrar (q.s)

Silsiləi-Sâdâtın on səkkizinci halqası olan Hacə Ubeydullah Əhrar (q.s) Həzrətlərinin atası Hacə Muhamməd, babası isə Hacə Şihabuddindir. Əsil adı Nasiruddin Ubeydullah Əhrar Şaşi Səmərqəndidir. Ubeydullah Həzrətləri 806-cı ilin Ramazan ayında (M. 1404) Daşkəndin Bağistan kəndində doğuldu. Şeyx Ömər Bağistani (q.s) anası tərəfindən babası olub şərəfli nəsilləri on altı vasitə ilə Abdullah bin Ömər bin Xattaba (r.anhumə) çatır.

Hacə Ubeydullah Həzrətlərinin əmi uşaqları belə nəql edir: “Ubeydullah Həzrətləri doğulduqdan sonra anaları nifasından təmizlənib qüsl alana qədər anasının döşünü qəbul etməmiş, qırx gün süd əmməmişlər”.

Mübarək sözlərindən

“İnsanın qiyməti bu yolu (Nəqşibəndi böyüklərini) anladığı qədərdir”.

“Rabitə əhli üçün bu’di-suri (fiziki uzaqlıq) qurbi-mənəviyə (mənəvi yaxınlığa) mane deyildir”.

“Kamil və mükəmmil bir şəxsdən bir əməl öyrənib onu tərk etmədən davamlı edən kimsə bu əməl vəsiləsi ilə yüksək mənəvi dərəcələrə qovuşar”.

“İnsanlar kamilləşmənin “ənə’l-haqq” deməkdə olduğunu düşünürlər. Əsil kamilləşmək dilindən “ənə (mən)” kəlməsini qaldırıb heç istifadə etməməkdir”.

Vəfatı və qəbri-şərifləri

Ubeydullah Əhrar Həzrətləri 895-ci (M. 1490) il, Rəbiuləvvəl ayının son günlərində Kəmankəranda vəfat etdilər. Ömrü 89 il olduğu  kimi ömrünün axırındakı xəstəlik müddəti də 89 gündür.

Sultan Əhməd Mirzə, Ubeydullah Həzrətlərinin xəstəliyinin artdığını eşitdikdə Cümə səhəri bütün dövlət adamları ilə yola çıxmış və axşam vaxtı Kəmankərana çataraq Ubeydullah Əhrar Həzrətlərini son dəfə görmüşdür. Vəfat etdiyi gecənin səhəri Ubeydullah Həzrətlərinin nəşini Səmərqəndə gətirtmişdir. Təchiz və təkfini burada yerinə yetirilərək cənazə namazı qılınmış və mübarək nəşi Kəfşir məhəlləsinə dəfn edilmişdir. Qəbri-şərifləri Səmərqənddədir.