Silsiləi-Sâdâtın on altıncı halqası olan Hacə Aləuddin Attar (q.s) Həzrətlərinin adı Muhamməd bin Muhamməd əl-Buxaridir. Əslən Xarəzmlidir. Atası Hacə Muhamməd Həzrətlərinin üç oğlu var idi: Hacə Şihabuddin, Hacə Mübarək və Hacə Aləuddin. Hacə Aləuddin atasının vəfatından sonra miras hissəsini almayıb qardaşlarına verdi. Buxara mədrəsələrində elm öyrəndi və bütün elmlərdə çoxlu nailiyyətlər əldə etdi.
Mübarək sözlərindən
“Bu yola təqlid edərək girənin bir gün həqiqətə qovuşacağına zamin olaram. Ustadım Bəhauddin Buxari mənə özlərini təqlid etməmi əmr buyurdular. Onu təqlid etdiyim və hələ də etməkdə olduğum hər şeydə onun əsər və nəticəsini görürəm”.
Şah Nəqşibənd Həzrətləri daim: “İbadət on cüzdür, doqquzu halal istəməkdir”, – buyurardılar. Aləuddin Attar (q.s) Həzrətləri: “Bu zamanımızda ticarətdən sonra halala ən yaxın olan əkinçilikdir”, – buyurdular.
“Əhlullahın (Allah dostlarının) söhbətinə davam etmək əqli-məadın artmasına səbəbdir”.
Vəfatı və qəbri-şərifləri
Hacə Aləuddin Attar (q.s) xəstəliyindən on beş gün əvvəl axirət səfərindən və dünyada qalmaqdan bəhs edib: “Mən axirət səfərini seçdim, ondan dönməyəcəyəm” – buyurdular. 2 Rəcəb, 802-ci (M. 1400) il, cümə axşamı günü xəstələndilər. Xəstəliyi şiddətli baş və bel ağrısı idi.
Xəstəliyi şiddətləndiyində təkrar-təkrar: “Həl min məzîd, Həl min məzîd” buyurdular və Ustadı Şah Nəqşibənd (q.s) Həzrətlərinin ruhaniyyəti ilə söhbət etdilər.
20 Rəcəb, 802-ci (M. 1400) il, çərşənbə gecəsi işa namazından sonra vəfat etdilər. Qəbri-şərifləri hazırda Özbəkistanın Surxandərya vilayətinə bağlı Dənav şəhərindədir.