Hacə Yaqubi Çərxi (q.s)

Silsiləi-Sâdâtın on yeddinci halqası Hacə Yaqubi Çərxi (q.s) Həzrətləridir. Atasının adı Osman olan Yaqubi Çərxi (q.s) Həzrətləri Qaznənin Çərx kəndində doğuldu. Doğum tarixi haqqında əldə etdiyimiz qaynaqlarda məlumat yoxdur.

Mürid haram loxma yeyərsə

Yaqubi Çərxi Həzrətləri nəql edir: Heratda elm öyrənmək üçün qaldığım zamanlar Abdullah Ənsarinin (q.s) dərgahında qalar və yeməklərimi orada yeyərdim. Çünki onun vəqf şərtləri asan idi və vəqfin əslinə riayətdə ehtiyat var idi. Heratda Abdullah Ənsarinin (q.s) Hankahı-Məlik və Ğiyasiyyə-Mədrəsəsi vəqflərindən başqa yerdə yemək yemək uyğun olmazdı. Bu səbəbdən Mavəraunnəhr böyükləri müridlərini Herata göndərməzdilər. Orada halal loxma çox az idi. Mürid haram loxma yeyərsə, nəfs pis təbiətinə geri dönər, doğru yoldan, Rəsulullahın (s.a.v) və səhabəsinin yolundan ayrılmış olar.

Vəfatı və qəbri-şərifləri

851-ci (M. 1447) il tarixində Xalfətu kəndində vəfat etdilər və bura dəfn edildilər. Qəbri-şərifləri hazırda Tacikistanın paytaxtı Düşənbə şəhərindədir.