Silsiləi-Sâdâtın iyirmi beşinci halqası Şeyx Seyfuddin (q.s) Həzrətləri Muhamməd Masum (q.s) Həzrətlərinin oğludur. Hz. Ömərin nəslindən olduğu üçün Faruqi adlanmışdır. Hicri 1055-ci (M. 1645) ildə Sərhənddə dünyaya gəldi.
Vəfatı və qəbri-şərifləri
Həyatını sünnəni dirçəltmə, bidətləri yox etmək ilə keçirən Şeyx Seyfuddin (q.s) 1095-ci (M. 1685) ildə vəfat etdilər. Qəbri-şərifləri Hindistanın sərhədləri içərisində olan Pəncab əyalətinə bağlı Sərhənddə atası Muhamməd Masum Həzrətlərinin qəbrinin yaxınlığındadır.