“Silsiləi-Sâdât”ın 32-ci halqası olan Şeyx Saləhuddin İbni Mövlanə Siracuddin (q.s) Həzrətləri Qırğızıstanın Oş şəhərindəndir. Şeirdə istifadə etdikləri “Sâqıb” sözünə görə Saləhuddin Saqıb kimi də tanınırlar. Atası Mövlanə (Məvləvi) Siracuddin (vəfatı: 1296/1879), onun atası Hal Muhammədi Oşi (vəfatı: 1271/1854-55), onun atası məşhur təsəvvüfçü-şair Xoca Nazar Huvəydayi Çimyani (vəfatı: 1195/1781), onun atası Ğaib Nazar, onun atası Ər Nazar, onun atası Tülək Muhammədi Sufi, onun atası da “Şeyxi-İl” deyilən Qul Süleymandır.
Saləhuddin Həzrətləri 1838-ci ildə Oşda dünyaya gəldilər. Əsərlərində Oşlu olduğunu xüsusilə ifadə etmişlər.
Vəfatı və qəbri-şərifləri
Hicazdan qayıtdıqdan qısa bir müddət sonra 1328-ci (m.1910) ildə Oşda vəfat etdilər. Qəbirləri Qırğızıstanın Oş şəhərinin Şərq məhəlləsində yüksək bir təpə üzərində olan Sərməzər məzarlığında ailə qəbiristanlığındadır. Qəbrinin üstündə olan türbə 1940-cı illərdə kommunistlər tərəfindən yıxdırılmış, yaxın zamanda yenidən tikdirilmişdir.
Vəfatlarına Farsca:
Məskən ü məvayı mayan şüd behişt (Bizim yerimiz-yurdumuz cənnət oldu) tarixi düşürülmüşdür. Ayrıca Xokand ölkəsinin məşhur şair¬lərindən Hacı Muhyi Əfəndi:
Dedi ki: “Vasılı Haqq cənnət-məab Saqıb”, (Dedi ki, Saqıb Haqqa qovuşdu, yeri cənnət oldu) şəklində tarix düşürülmüşdür. Vəfatına düşürülən üçüncü tarix isə belədir:
Biling tarixi Şeyx Saqıb “bə-mağfur”, (Bilin ki, Şeyx Saqıbın vəfat tarixi “bə-mağfur” sözüdür).