Silsiləi-Sâdâtın birinci halqası olan Hz. Əbu Bəkr (r.a), Səhabəi-Kiramın ən fəzilətlisidir. Peyğəmbər Əfəndimizdən (s.a.v) iki il sonra doğuldu. Atası Əbu Kuhafə (r.a), anası Səlma binti Sahrdır (r.anhə). Soyu həm ana, həm də ata tərəfindən Peyğəmbər Əfəndimizin (s.a.v) babalarından Mürrədə birləşir. Cahiliyyət zamanında adı Abdu Rabbi’l-Kabə idi. Müsəlman olduqdan sonra Peyğəmbər Əfəndimiz (s.a.v) ona Abdullah adını vermişdir.
Hz. Əbu Bəkr heç bir dəlil axtarmadan Müsəlman olduğu və Merac möcüzəsini tərəddüd etmədən təsdiq etdiyi üçün “Siddiq” ləqəbini aldı.
İman gətirməsi və insanları imana dəvəti
Peyğəmbər Əfəndimiz (s.a.v) insanları İslama dəvət etdiyi zaman Hz. Əbu Bəkr (r.a) heç tərəddüd etmədən Müsəlman olmuşdur. Müsəlman olduğu zaman otuz səkkiz yaşında idi.
Hz. Əbu Bəkr kişilərdən Rəsulullah Əfəndimizə (s.a.v) ilk iman gətirəndir. Müsəlman olduqdan sonra insanları imana dəvət etmiş və ən başda Aşərəi-Mübəşşərədən Hz. Talha, Hz. Osman, Hz. Zübeyr bin Avvam (r.anhum) olmaq üzrə bir çox adam onun dəvəti ilə Müsəlman olmuşdur.
Peyğəmbər Əfəndimizə (s.a.v) və kasıb Müsəlmanlara çox yardım etmişdir. Peyğəmbər Əfəndimiz (s.a.v): “Əbu Bəkrin malının mənə verdiyi faydanı başqa heç kimin malı verməmişdir”, – buyurduqda Hz. Əbu Bəkr (r.a) ağladı və: “Canım, malım Sənə fəda olsun ya Rəsulallah!”, – dedi.
İman gətirdiyi zaman qırx min dirhəmi var idi. Hicrət etdikləri zaman yalnız beş min dirhəmi qalmışdı.
Müsəlman olduqları üçün işgəncə görən yeddi adamı satın alıb əsir-likdən azad etmişdir. Bilal Həbəşi və Amr bin Füxeyrə (r.anhumə) bunlardan ikisidir.
Peyğəmbər Əfəndimizin (s.a.v) zikri-xəfini təlqin etməsi
Peyğəmbər Əfəndimizlə (s.a.v) birlikdə Sevr mağarasında olarkən müş-riklər mağaranın qapısına qədər gəldikləri və ayaq səslərinin eşidildiyi bir vaxtda Hz. Əbu Bəkr öz şəxsi üçün deyil, Peyğəmbər Əfəndimiz (s.a.v) üçün narahat olaraq kədərlənmişdi. Onun bu halını görən Peyğəmbər Əfəndimiz (s.a.v): “Kədərlənmə!”, – buyuraraq təsəlli verir və narahat olmamasını söyləyirdi. Ancaq Hz. Əbu Bəkr bu kədər və narahatlıqdan necə xilas olacağını bilmədi. Dərhal Rəsulullah (s.a.v): “Çünki Allahu Təala, şübhəsiz, bizimlə bərabərdir”, – buyuraraq kədəri aradan qaldıracaq şeyi xəbər vermişdi. Yəni “Maiyyətullahı: Allahu Təalanın bizimlə birlikdə olduğunu düşün (müraqəbə et). Çünki Allahın özü ilə olduğunu düşünən, yəni müraqəbədə olan kimsəyə kədər təsir etməz, bu hallar aradan qalxar” mənasını nəzərdə tutdular. Hz. Əbu Bəkr mağarada olarkən bu bərabərliyin sirrini Peyğəmbər Əfəndimizdən (s.a.v) soruşdu. “Bunun sirri Allahu Təalanı zikrə davam etməkdir”, – buyuraraq mübarək dizlərinin üstünə oturmuş və gözlərini yummuş bir halda Hz. Əbu Bəkrə Allahu Təalanın Zatının ismini zikri: zikri-xəfii-qəlbini (qəlblə gizli zikri) təlqin etdilər.
Peyğəmbər Əfəndimiz (s.a.v) qəlblə gizli zikri Səhabələri içində xüsu-silə Hz. Əbu Bəkrə öyrətmiş, sadrındakı bütün İlahi mərifətləri də onun sadrına axıtmışdılar. Çünki Hz. Əbu Bəkr peyğəmbərlik mərtəbəsinə ən yaxın olan “siddiqiyyət” mərtəbəsində idi.
Hz. Əbu Bəkr qəlblə zikrdə cəmiyyəti-külliyyəni (tam qəlb rahatlığını) təmin etməklə Allahu Təalanın Uca olan Zatını müşahidə etmək arzusundan nəfəsini tutub saxlardı. Allahu Təalaya olan məhəbbətin atəşi ilə sanki ciyərinin yanmasından bir iy çıxardı. Qonşuları bunun kabab iyi olduğunu bilər, evində kabab bişirdiyini zənn edər, ondan özlərinə vermədiyindən ötrü narahat olardılar. Bir gün bunu Peyğəmbər Əfəndi-mizə (s.a.v) söylədilər. Peyğəmbər Əfəndimiz (s.a.v) gələn o qoxunun kabab qoxusu olmayıb Hz. Əbu Bəkrin ciyərinin qoxusu olduğunu bildirdilər.
Hz. Əbu Bəkrin ilk olduğu xüsuslar
• Kişilər içində birinci Müsəlman olması.
• Qurani-Kərimin ayələrini ilk dəfə bir yerə toplaması və ilk dəfə Müshaf deyə adlandırması.
• İslamda ilk dəfə “Siddiq”, “Atiq” və “Xəlifə” deyə adlandırılması.
• Beytülmalı ilk dəfə təsis etməsi.
• Malının hamısını Rəsulullah (s.a.v) üçün xərcləməsi.
• İlk həcc əmiri təyin olunması.
Rəsulullah Əfəndimizdən (s.a.v) sonra ikinci olduğu xüsuslar
• Rəsulullah Əfəndimiz (s.a.v) insanları imana dəvət etdiyi zaman kişilərdən ilk iman gətirən Hz. Əbu Bəkr olmuş və imanda Rəsulullah Əfəndimizdən (s.a.v) sonra ikinci yeri tutmuşdur.
• Hz. Əbu Bəkr insanları imana dəvət etmiş, bir çoxları onun vasitəsilə iman gətirmişlər, İslama dəvətdə də ikinci yerdə gəlmişdir.
• Rəsulullah Əfəndimiz (s.a.v) vəfatından əvvəl xəstələndiyi zaman imamlıq məqamına onu vəzifələndirmiş və imamlıqda da ikinci olmuşdur.
• Rəsulullah Əfəndimizin (s.a.v) yanında hücrəi-səadətə dəfn olunma məsələsində də ikincidir.
Dəfn üçün icazə alınması
Hz. Əli (r.a) nəql edir: “Hz. Əbu Bəkr vəfat etmədən əvvəl məni yanına oturdub: “Ya Əli! Mən öldüyüm zaman Rəsulullahı (s.a.v) yuduğun kimi məni də sən yu, gözəl qoxular sürtdükdən sonra Rəsulullahın (s.a.v) oldu-ğu Hücrəi-Səadətə aparın və icazə istəyin. Qapının açıldığını görsəniz, məni oraya dəfn edin. Yox, qapı açılmazsa, məni Allah qulları arasında hökm verənə qədər Müsəlmanların qəbiristanlığına dəfn edin”, – dedi. Vəfat etdikdə Hz. Əbu Bəkri yuyub kəfənlədim. Rəsulullahın (s.a.v) qapısına icazə üçün ilk mən gəldim. “Ya Rəsulallah! Bu gələn Əbu Bəkrdir, yanına dəfn olunmaq üçün icazə istəyir”, – dedim. Qapı açıldı. O əsnada: “Həbibi (dostu, sevgilini) həbibinə gətirin. Çünki həbib həbibi üçün darıxmışdır” – deyə bir səs eşitdim”.
Vəfatı və qəbri-şərifləri
Peyğəmbər Əfəndimizin (s.a.v) vəfatından sonra Hz. Əbu Bəkr çox kədərlənmiş, hər keçən gün bədəni əriyib zəifləmişdi.
Rəsulullahın (s.a.v) vəfatı onun da vəfat səbəbi olmuşdu. 23 Cəmaziyəlaxir, 13-cü (M. 634) il, çərşənbə axşamı gecəsi altmış üç yaşında vəfat etdilər.
Xəlifəliyi iki il, üç ay, on gündür. Hz. Ömər (r.a) Məscidi-Nəbəvidə cənazə namazını qıldırdı. Hz. Əbu Bəkr (r.a) gecə dəfn edildi. Qəbrinə oğlu Abdurrəhman, Ömər, Osman və Talha (r.anhum) Həzrətləri tərəfindən endirildi. Mübarək başı Peyğəmbər Əfəndimizin çiyinləri bərabərinə gələ-cək şəkildə dəfn edildi.