“Silsiləi-Sâdât”ın ikinci halqası olan Salmani-Farisi (r.a) Səhabəi-Kiramın böyüklərindən və məşhurlarındandır. Peyğəmbər Əfəndimizin (s.a.v) söhbətlərinin şərəfi ilə ən yüksək kamillik mərtəbəsinə çatmışdır. Hz.Əbu Bəkrə (r.a) xüsusi bir nisbəti vardır.
Əslən İranlı olub, İsfəhan yaxınlığındakı Cəy qəsəbəsindəndir. Gəncliyində atəşpərəst olarkən xristian rahibləri ilə tanış olub xristian oldu. Nəhayət Mədinəyə gəlib Müsəlman oldu və Əhli-Beytdən sayıldı. Müsəlman olmadan əvvəlki adı Mabəh idi. Müsəlman olduqdan sonra Peyğəmbərimiz (s.a.v) ona “Salman” adını verdilər, Əbu’d-Dərda (r.a) ilə qardaş etdilər.
Mübarək sözlərindən
“Məni üç şey çox güldürmüş, üç şey də çox ağlatmışdır:
Ölüm onu istədiyi halda dünyanı arzulayana, özü unudulmamış (hesaba çəkiləcək) qafilə və Rəbbini qəzəbləndirdiyini, ya da razı saldığını bilmədən qəhqəhə ilə gülənə gülmüşəm. Üç şeyə də ağlamışam:
Rəsulullahdan (s.a.v) və Səhabələrimdən ayrı qalmağa, qəbirdən qalxdığım zamankı qorxuya və cənnətə və ya cəhənnəmə gedəcəyimi bilmədən Rəbbimin hüzurunda gözləməyə”.
Vəfatı və qəbri-şərifləri
Salmani-Farisi (r.a) Həzrətləri uzun ömür yaşayanlardandır. Hz. Osmanın (r.a) xəlifəliyi dövründə xəstələnmiş, Hicrətin 33-cü (M. 654) ilində iki yüz əlli yaşında Mədaində vəfat etmişlər.
Osmanlılar dövründə böyük əhəmiyyət verilən Salmani-Farisi Həzrətlərinin türbəsi Dördüncü Murad Xan tərəfindən yenidən tikdiril-mişdir. Bu türbənin ətrafında tədricən yaranan qəsəbə də Salmani Pak deyə adlanmışdır.
Qəbri-şərifləri bu gün İraqda Bağdadın yaxınlığında olan Mədain-dədir.
Qəbrinin yanında Səhabəi-Kiramdan Hüzəyfətubnu’l-Yəmanın (r.a) qəbri vardır.