Silsiləi-Sâdâtın iyirmi dördüncü halqasını təşkil edən Muhamməd Masum (q.s) Həzrətləri İmam Rəbbani Həzrətlərinin üçüncü oğludur. İmam Rəbbani Həzrətlərinden sonra irşad vəzifəsini davam etdirmişdir.
Ləqəbi “Məcduddin” olan Muhamməd Masum Həzrətləri “Urvətu’l-Vusqa” deyə məşhur olmuşdur. 11 Şəvval, 1007-ci (M. 1598) ildə Sərhənd şəhərindən təxminən 3 km məsafədə yerləşən Mülki-Haydarda dünyaya gəldi. Atası İmam Rəbbani Həzrətləri oğlu Muhamməd Masumun (q.s) doğumunun onun üçün bərəkətli və mübarək olduğunu bildirmişdir. Çünki onun dünyaya gəlməsindən bir neçə ay sonra Ustadı Muhamməd Baqibilllahı (q.s) tanımaq şərəfinə nail olaraq onu görmüş, nail olduğu elmlərin və mərifətlərin bu görüşmə vəsiləsilə olduğunu söyləmişdir.
Vəfatı və qəbri-şərifləri
Səhhəti yerində ikən “Mişkatu’l-Məsabih” adlı hədis kitabından dərs oxutduğu bir gün ayağı ağrımış və ağrı bütün bədəninə yayılmışdı. Bu ağrılara səbir edib ibadətlərinə davam etməyə çalışdılar. Sərhənddə otağına çəkilib ibadət və zikirlə məşğul olanlara göndərdiyi məktublarında “Fəqir Muhamməd Masum dünyadan gedir. Son nəfəsdə imanla getməsi üçün dua ilə kömək edin”, – deyə yazmışdılar.
9 Rəbiuləvvəl, 1079-cu (M. 1668) ildə günorta vaxtında Sərhənddə vəfat etdilər. Dəfn edilərkən elə yağış yağırdı ki, sanki göy ağlayırdı. Qəbri-şərifləri ataları İmam Rəbbani Həzrətlərinin yaxınlığındadır. Öz tərbiyəsində yetişən Babur hökmdarı Əvrəngzib Aləmgir qəbrinin üstünə böyük bir türbə tikdirdi. Üç oğlunun qəbri də yanındadır. Bu gün Qəbri-şərifləri Hindistan sərhədləri daxilində olan Pəncab əyalətinə bağlı Sərhənddədir. İrşad vəzifəsinə beşinci oğlu Şeyx Seyfuddin Arif (q.s) Həzrətləri davam etmişlər.