Silsiləi-Sâdâtın otuz birinci halqası olan Mazhar işan Canı-Canan (q.s) Həzrətləri Əhməd Said (q.s) Həzrətlərinin ən kiçik oğludur. 3 Cəmaziyələvvəl, 1248-ci (M. 1832) ildə Dehlidə dünyaya gəldi. Babası Şeyx Əbu Said (q.s) Muhamməd Aləyhissəlamın əxlaqı üzrə olduğuna işarə üçün doğum tarixi olaraq (Məzâhiri Muhammədî) ibarəsi düşmüş və Mazhari Muhamməd adını vermişdir.
Mübarək sözlərindən
“İşləri Allahu Təalaya həvalə etmək, halların dəyişməsinin Allahu Təalanın təqdiri ilə olduğuna inanmaq, meydana gələn hadisələrdə “nə üçün, necə” deməmək, etiraz etməmək, Allahu Təalanın qullarına vəd etdiyi nemətləri təfəkkür edərək qəlbini/imanını qüvvətləndirmək, Onun sonsuz xəzinəsini xatırlamaq, öz nəfsindən və bütün məxluqatdan tamamilə ümidini kəsmək, yalnız Allahu Təalaya ümid etmək, gözəl həyat bunlardır”.
“Mürid masivallahı (Allahdan başqa hər şeyi) tərk etdiyi və Allahın qəzası və hökmləri qarşısında yuyanın əlindəki meyit kimi olduğu zaman Allahu Təalanın rizasını və Ona qovuşmağı istəmiş olur”.
Vəfatı və qəbri-şərifləri
12 Muharrəm, 1301-ci (M. 1883) ildə qarın ağrısından vəfat etdilər. Səhər izdihamlı bir camaat ilə namazı qılındıqdan sonra Cənnətü’l-Baqidə atası Əhməd Said (q.s) Həzrətlərinin qəbri yanına dəfn olundu.