Silsiləi-Sâdâtın iyirmi doqquzuncu halqası olan Şeyx Əbu Said (q.s) Həzrətləri 2 Zilqadə, 1196-cı (M. 1782) ildə Hindistanın Rampur şəhərinin Mustafaabad diyarında doğuldu. Nəsli İmam Rəbbani Həzrətlərinə çatır. Atasının adı Şeyx Safiyyu’l-Qadrdır.
Vəfatı və qəbri-şərifləri
Bir çox fəthlər və feyzlər ilə Mədinəi-Münəvvərədən vətəninə qayıtmaq üçün yola çıxdı. Ləknəv şəhərinə gəldikdə xəstəliyi şiddətləndi. 1250-ci (M. 1835) ilin Ramazan Bayramı günü ölüm halı gəldi. Səfər müddətində yanında olan ortancıl oğlu Şeyx Abdulğaniyə sünnəyə tabe olmasını, dünya əhlindən də uzaq durmasını vəsiyyət etdi. “Əgər dünya əhlinin qapısına sən gedərsənsə, zəlil olarsan”, – buyurdular.
“Sonra hansı namazın vaxtıdır?”, – deyə soruşdu. Mövləvi Həbibullah: “Mübah bir vaxtdayıq, namaz qıla bilərsiniz”, – dedi. Əbu Said Həzrətləri o gecənin hamısını namazda keçirdi. Günortadan sonra Yasin surəsinin oxunmasını istədi. Yasin surəsini üç dəfə dinlədi. “Bəsdir, çox az qaldı”, – buyurdular. Kəlməi-şəhadət oxuyurdu. 1250-ci (M. 1835) ilin Ramazan bayramı günü zöhr ilə əsr arasında ruhunu təslim etdilər. Mövləvi Həbibullah və karvanda olan digər kəslər yuma işi ilə məşğul oldular. Yuyulub kəfənləndi və Qazı Xəlilurrahman namazını qıldırdı. Sonra tabutunu qırx gün davam edən bir səfərlə Dehliyə apardılar. Dehlidə nəşini tabutdan çıxarıb qəbrə qoyduqlarında hələ yeni yuyulmuş kimi heç bir dəyişiklik olmamışdı. Nəşinin altına qoyulan pambıqlar da çox gözəl qoxu verirdi.
Qəbri-şərifləri Dehlidə, ustadı Şeyx Abdullah Dehləvi Həzrətlərinin qəbirlərinin yanındadır. Vəfatına (Yunəvvirullâhu mazcəahu) ibarəsi tarix düşülmüşdür.