Silsiləi-Sâdâtın iyirmi birinci halqası olan Mövlana Muhamməd Hacəgi Əmkəngi əs-Səmərqəndi (q.s) Həzrətlərinin adı Abdulbaqidir. 918-ci (M. 1512) il tarixində doğuldu. Səmərqəndin Əmkəng qəsəbəsində qaldığı üçün oraya nisbətlə Əmkəngi deyilir.
Vəfatı və qəbri-şərifləri
Mövlana Muhamməd Hacəgi Əmkəngi (q.s) Həzrətləri 1010-cu (M. 1602-ci) ildə 90 yaşlarında ikən Əmkəng kəndində vəfat etdilər və bura dəfn edildilər. Qəbri-şərifləri günümüzdə Özbəkistanın Qaşqadərya vilayətinin Kitab qəsəbəsinə bağlı Sarıasya kəndindədir.