Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 61 “Ya Rəbb, Sən bu beytin şərəf, şan və heybətini artır” - dedi. Beytullahı təvaf etdikdən sonra Səfa üzərinə çıxdı. Cənabı Xudaya həmd və səna, niyaz və dua etdikdən sonra Mərvəyə endi və say etdi. Həcc mövsümü Martda gündüz ilə gecənin bərabər olduğu zaman idi. Cümə günü Ərəfə idi. Peyğəmbər Əfəndimiz yüz min nəfər hacı ilə həcci-əkbəri yerinə yetirdi. O gün Rəsuli-Əkrəm çox təsirli bir xütbə oxudu və bu xütbəsində cahiliyyət zamanından qalma qan davalarını qadağan etdi, faiz davalarını qaldırdı və buyurdu ki: “Ey insanlar, sizin xanımlarınız üzərində haqlarınız vardır. Amma onların da sizin üzərinizdə haqları vardır. Onlar sizin haqlarınıza riayət etməlidir, siz də onlarla gözəl davranmalısınız. Möminlər hamısı bir-birinin qardaşıdır. Bir kimsəyə qardaşının malı halal olmaz, razılığı ilə verməsi başqa. Mən sizə lazım olan dini hökmləri təbliğ etdim və sizə iki şey buraxdım ki, onlara möhkəm sarıldıqca heç bir vaxt fəsada düşməzsiniz: Onların biri Allahın kitabı və digəri Peyğəmbərin sünnəsidir” - deyə daha nə qədər dini hökmləri bəyan etdikdən sonra: “Ey insanlar, təbliğ etdimmi?” - deyə soruşdu və Əshabı-Kiram: “Bəli” - deyincə, üç dəfə: “Şahid ol Ya Rəbb” - buyurdu. Axşamüstü Həzrəti Peyğəmbər Əfəndimiz hələ vəqfədə olarkən (Əl- yəvmə əkməltu ləkum dinəküm...) ayəti-kəriməsi nazil oldu. Məalı-şərifi belədir: “...Bu gün sizin dininizi ikmal etdim və sizin üzərinizə nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim və ona razı oldum. (Allah qatında razı olacağı din İslamdan başqası deyil)” (Maidə surəsi, 3). Bu Ayəti-Kərimə Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinin artıq bu fani aləmdən köç edəcəyinə və Rəbbinə qovuşacağına işarə idi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=