Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 60 Hicrətin onuncu ili (M. 631/632) Məkkəi-Mükərrəmənin fəthindən sonra Qureyşlilərin hamısı İslam ilə müşərrəf oldu. Sonra digər qəbilələr də bir-bir iman gətirdilər. Ərəbistanda Müsəlmanlara qarşı duracaq qəbilə və topluluq qalmadı. İnsanlar artıq uzaq-yaxın hər tərəfdən bölük-bölük gəlib iman gətirməyə başladı. Yardım və zəfərlərə dair (İza câə nasrullâhi və’l-fəthi) surəsi nazil oldu. Məalı belədir: “Allahu Təalanın yardımı və fəth gəldiyi kimi insanları dəstə-dəstə, camaat-camaat Allahın dininə girərkən gördüyün vaxt, artıq Rəbbinə həmd edərək təsbeh et və bağışlamağı dilə. Şübhəsiz ki, O, bir Təvvabdır (tövbələri çox qəbul edəndir)”. Bu surə Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinin ömrünün az qal- dığına işarə idi. Çünki onun Peyğəmbər olaraq göndərilməsindəki hikmət İslam dinini təsis etmək, qurmaq idi. Bir də “İnsanların bölük-bölük İslama girdiyini gördüyün vaxt təsbeh və istiğfar et” deməkdən, “Artıq axirət səfərinə hazır ol” mənası anlaşılırdı. Peyğəmbər Əfəndimizin vida həcci Hicrətin onuncu ili Peyğəmbər Əfəndimizin (s.a.v) həcc niyyətilə Məkkəi-Mükərrəməyə gedəcəyi insanlara elan olundu. İnsanlar da o Peyğəmbər Əfəndimiz ilə birlikdə həccə getmək üçün bölük-bölük Mədinəi-Münəvvərəyə gəlib toplanmağa başladılar. Zilhiccə ayına beş gün qalmış Rəsuli-Əkrəm (s.a.v) zöhr namazını qıldıqdan sonra əhli- beyti və Əshabı-Kiramı ilə Mədinədən çıxıb Zülhüleyfəyə gəldi. Gecə orada qaldı. Sabahısı gün ehrama girdi və zöhr namazını qıldı. Sonra oradan qalxıb qırx min hacı ilə Məkkəi-Mükərrəməyə hərəkət etdi. Zilhiccənin dördündə Bazar günü səhər böyük bir həcc karvanı ilə Məkkəyə çatdı və Bəni Şeybə qapısından Hərəmi-Şərifə girdi. Beyti- Şərifi görüncə:

RkJQdWJsaXNoZXIy NTY0MzU=