Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 39 Mədinədən çıxdığını eşidincə qorxub geri döndü. Bu səbəblə Qureyş qəbilələrinin gözündə Məkkənin etibarı qırıldı. Müsəlmanlar isə bir çox şan və şərəf qazandı. Hicrətin beşinci ili (M. 626/627) Rəsulullah Əfəndimiz (s.a.v) hicrətin beşinci ili Rəbiuləvvəl ayında bəzi quldurları islah etmək üçün Dumətü'l-Cəndəl diyarına səfər təşkil etdi. Əhalisinin hamısı dağılışıb qaçdıqlarından döyüşmədən Mədinəyə geri döndülər. Müreysi Savaşı Xuzaa qəbiləsindən Mustaliqoğulları rəisi olan Hars bin Əbi Dirarın əsgər topladığı xəbəri alındı. Dərhal Rəsuli-Əkrəm (s.a.v) min əsgərlə Şaban ayında sürətlə Mədinədən çıxdı. Müreysi suyunda heyvan sularkən İslam ordusu qəflətən gəlip onları orada yaxaladı. Rəsuli-Əkrəm (s.a.v) onlara: “L ə il ə hə illəllâh deyin ki, canınız və malınız əmin olsun” - deyə İslam dinini təklif etdi. Onlar dinləməyib başı pozuq şəkildə etiraz etməyə cəhd etdilər. Rəsuli-Əkrəm İslam əsgərini safa düzdü və toplu olaraq düşmən üzərinə hücuma göndərdi. Bəni Mustaliq əsgəri bu hücuma dözə bilməyib darmadağın oldu. On adam öldü, digərləri də əsir alındı. Beş min qoyun ilə on min dəvələri ələ keçirildi. Əsirlərin sayı yeddi yüzdən çox idi. Əsirlərdən biri də Mustaliq oğullarının rəisi Hars bin Əbi Dirarın qızı Cüveyriyyə idi. Peyğəmbər Əfəndimiz sallallahu aləyhi və səlləm Həzrətləri onun əsarətdən qurtuluş pulunu verdi və özünə nikahladı. Əshabı-Kiram onu görüncə: “Rəsulullahın qohumu necə əsir ola bilər?” - deyərək əllərindəki əsirləri azad etdilər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=