Herkes İçin Peygamber Efendimiz'in Hayatı

9 Peyğəmbər Əfəndimizin (s.a.v) mübarək soyu Peyğəmbərlərin sonuncusu Hz. Muhamməd Mustafa sallallahu aləyhi və səlləmin Həzrəti İsmailin nəslindən gələcəyi Tövrat və İncildə yazılı idi. Həzrəti İbrahimin (a.s) oğlu Hz. İsmailin övlad və nəvələri çoxaldı. İçlərindən Qureyş qəbiləsi, Qureyşlilər içində də Haşim qolu hamısından şərəfli oldu. Peyğəmbərlərin sonuncusu Peyğəmbər Əfəndimiz Həzrəti Muhamməd Mustafanın (s.a.v) atası Abdullah, onun atası Abdulmüttalib, onun atası Haşim, onun atası Abdimənaf, onun atası Qusay, onun atası Hakim, onun atası Mürrə, onun atası Kab, onun atası Lüey, onun atası Qalib, onun atası Fixr, onun atası Malik, onun atası Nadr, onun atası Kinanə, onun atası Hüzeymə, onun atası Müdrikə, onun atası İlyas, onun atası Mudar, onun atası Nizar, onun atası Məad və onun atası da Adnandır. Adnan da İsmail Aləyhissalamın oğlu Qayzarın nəslindəndir. Həzrəti İsmailin alnında Ülkər ulduzu kimi parlayan bir nur var idi. Bu nur nuri-Muhammədi, yəni Peyğəmbərimiz Muhamməd Mustafanın nuru olub Abdulmuttalibin oğulları içində ən gözəl və ən iffətlisi olan Abdullahın üzündə də parlayırdı. Abdulmuttalib Qureyş qızlarının üstünü və Zöhrəoğullarının rəisi Vəhbin qızı Əminəni oğlu Abdullaha aldı. Əminə Abdullahdan Peyğəmbər Əfəndimizə (s.a.v) hamilə qalınca Abdullahın alnındakı nur Əminənin alnında görüldü. Əminə hamilə olarkən Abdullah Mədinədə xəstələnib vəfat etdi. Fil hadisəsi Yəmən Hökmdarı Əbrəhə Yəmənin paytaxtı olan Sanada böyük bir kilsə tikdirdi. Ərəbləri Kəbə ziyarətindən vaz keçirmək və üzlərini Sanaya döndərmək istəyirdi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=