Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 67 Həzrətləri Məscidi-Şərifə gəldi. Ümmətinin elə saf-saf durub ibadət etdiklərini gördü, məmnun olaraq təbəssüm buyurdu. Özü də Həzrəti Əbu Bəkirə tabe olub namaz qıldı. Rəsulullahın vəfatları Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinin xəstəliyi şiddətləndi. Gündüz zəval vaxtından əvvəl Həzrəti Cəbrail ilə Əzrail aləyhiməssalam gəldilər. Cəbraili-Əmin içəri girdi, Əzrailin qapıda gözlədiyini və içəri girmək üçün icazə istədiyini xəbər verdi. İcazə verildikdə Həzrəti Əzrail dərhal içəri girdi, salam verdi və Allahın əmrini bildirdi. Peyğəmbər Əfəndimiz Aləyhissalam Həzrətləri Cəbrail Aləyhissalamın üzünə baxdı. O da: “Ya Rəsulallah, Mələi-a’lə, ən yüksək heyət, mələklər aləmi səni gözləyirlər” - dedi. Peyğəmbər Əfəndimiz (s.a.v) də: “Ya Əzrail, gəl vəzifəni yerinə yetir” - buyurdu. Həzrəti Əzrail də Rəsulullahın mübarək ruhunu qəbz etdi və al’i-ılliyyinə çatdırdı. Sallallahu aləyhi və alihi və sahbihi və səlləm.

RkJQdWJsaXNoZXIy NTY0MzU=