Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 66 Ey insanlar! Dünyada olan işlər İlahi qəza və qədərə bağlıdır. Vaxtı gəldikdə olacaq işin tələsik edilməsində fayda yoxdur. Cənabı Haqq kimsənin tələsməsi ilə tələsməz. Allahın qəza və qədərinə qalib gəlmə sevdasında olanlar məğlub və rəzil olar. Allaha hiylə qurmaq istəyənlər aldanar, ziyana düşər, zəlil və rəzil olar. Mən sizə şəfqətli və mərhəmətliyəm. Sizlər yenə mənə qovuşa- caqsınız. Görüşəcəyimiz yer Kövsər hovuzunun kənarıdır. Hər kim Kövsər Hovuzunda mənimlə görüşmək istəsə, əlini və dilini malayanidən (faydasız şeylərdən) çəksin. Ey insanlar! Günah nemətin dəyişdirilməsinə səbəb olur. Əgər insanlar itaətkar olarsa, əmir və komandirləri də elə olar. Əgər xalq pis olarsa, onlar da o rəftar və hal üzrə olarlar”. Həzrəti Əbu Bəkrin imamlığı Peyğəmbər Əfəndimiz xəstəliyi əsnasında azan oxunduqca daim Məscidi-Şərifə çıxır və imam olub camaat ilə namazını qılırdı. Lakin vəfatına üç gün qala xəstəliyi ağırlaşdı və artıq Məscidi-Şərifə çıxa bilmədi. O vaxt: “Əbu Bəkrə söyləyin, insanlara namaz qıldırsın” - deyə imamlığı Həzrəti Əbu Bəkrə həvalə buyurdu. Peyğəmbər Əfəndimizin həyatında Əbu Bəkri Siddiq Müsəlmanların camaatına imam olaraq on yeddi vaxt namaz qıldırdı. Bazar günü Rəsuli-Əkrəmin xəstəliyi çox şiddətləndi. Belə ki, Üsamə radıyallahu anh Həzrətləri ordudan gəlib Rəsulullahın hüzuruna girdi. Rəsuli-Əkrəm əllərini göyə qaldırdı və onun üstünə sürtdü. Bazar ertəsi ki, Rəbiuləvvəlin on ikinci günü idi- Əshabı-Kiram Məscidi-Şərifdə saf tutub Əbu Bəkri Siddiq radıyallahu anh Həzrətlərinin arxasında sübh namazını qılarkən Peyğəmbər Əfəndimiz (s.a.v)

RkJQdWJsaXNoZXIy NTY0MzU=