Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 65 Sonra enib zöhr namazını qıldı və yenə minbərə çıxıb əvvəlki sözünü təkrarladı. Bu dəfə bir adam ondan üç dirhəm alacağı olduğunu iddia etdiyində dərhal onu ödədi. Yenə bu əsnada buyurdu ki: “Allahu Təala bir qulunu dünya ilə axirət arasında sərbəst buraxdı. Qul da ona qovuşmağı seçdi”. Əbu Bəkri Siddiq radıyallahu anh Həzrətləri Rəsulullahın muradını anladı və: “Canımız sənə fəda olsun, ya Rəsulallah” - deyərək ağladı. Rəsuli-Əkrəm Əbu Bəkirdən (r.a) çox məmnun olduğunu bildirdi. Sonra Məscidi-Şərifə açılan qapıları bağladı. Lakin Əbu Bəkrin qapısının açıq saxlanılmasını əmr etdi və: “Sizi Allaha ismarladım” - deyərək hücrəi-səadətinə getdi. Ondan sonra Peyğəmbər Əfəndimizin (s.a.v) xəstəliyi şiddətləndi. Rəsulullahın vəsiyyəti “Ey insanlar! Mənim irtihalimı (vəfatımı) düşünüb təlaşa düşmüş- sünüz. Bir Peyğəmbər ümməti içində əbədi qaldımı ki, mən də sizin aranızda əbədi qalım! Məlumunuz olsun ki, mən Həzrəti Allaha qovuşacağam və Ona qovuşma şərəfinə hamınızdan çox haqqım vardır. Sizə nəsihətim odur ki, ilk Mühacirlərə hörmət edəsiniz! Ey Mühacirlər! Sizə də vəsiyyətim budur ki, Ənsarla gözəl keçinəsiniz. Onlar sizə yaxşılıq etdilər, sizi öz məmləkətlərinə gətirdilər, evlərində saxladılar, keçim sıxıntıları olduğu halda, sizləri özlərinə tərcih etməklə mallarına ortaq etdilər. Hər kim Ənsar üzərinə hakim olarsa, onların haqqına riayət etsin və içlərində xəta işləyənlər olarsa, onları bağışlasın.

RkJQdWJsaXNoZXIy NTY0MzU=