Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 63 “Əgər sağ olsaydı, peyğəmbər olması lazım gələrdi. Sizin Pey- ğəmbərinizdən sonra Peyğəmbər yoxdur” - dedi. Rəsuli-Əkrəmin Fatimətü'z-Zəhra radıyallahu təala anhə Həzrətlərindən başqa övladı qalmadı. Onun oğulları Həsən və Hüseyn radıyallahu anhumə Həzrətlərini öz övladı kimi sevər, Zeyd bin Harisə radıyallahu anh Həzrətlərinin oğlu Üsamə radıyallahu anh Həzrətlərini də öz övladı yerində sayardı. Zeyd bin Harisə Rəsuli-Əkrəmin azad etdiyi kölələrdən olub onu azad etdiyi cariyələrindən Ümmü Eymən Radıyallahu təala anhə Həzrətləri ilə evləndirmişdi. Həzrəti Üsamə onlardan doğulmuşdu. Yalançı peyğəmbərlər Hicrətin onuncu ilinin içində Müseyləmətü'l-Kəzzab Yəmamədə, Əsvədi Ansi Yəməndə peyğəmbərlik iddiasına qalxdılar. Rəsuli-Əkrəm (s.a.v) Yəməndəki Müsəlmanlara: “Hər necə olursa olsun, Ansinin işini bitirin” - buyurdu və Nəcd diyarındakı Müsəlmanlara da Müseyləmətü'l-Kəzzabın işini bitirmələrini əmr etdi. Bu əsnada Bəni Əsəd qəbiləsi şeyxi olan Tuleyha da peyğəmbərlik iddiasına qalxınca, Rəsuli-Əkrəm onun üzərinə də bir qədər əsgər göndərdi. Hicrətin on birinci ili (M. 632/633) Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri Səfər ayının iyirmi altısında Şam diyarlarından Bəlqa tərəfinə göndərmək üçün bir ordu hazırlamağa başladı. Əvvəlcə o tərəfdə şəhid olan Zeyd bin Harisə radıyallahu anh Həzrətlərinin oğlu Üsamə radıyallahu anhı sərkərdə təyin edib: “Atanın şəhid olduğu yerə get və düşmənləri atlara tapdalat!” - deyə əmr etdi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=