Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 62 Əvvəlcə Əbu Bəkir radıyallahu təala anh Həzrətləri bu ayəti- kəriməni eşitdi və işarəni anladı və Rəsuli-Əkrəmin vəfat edəcəyi xəbər verilir deyə ağladı. Günəş batdıqda Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri Qusva adlı dəvəsinə mindi və Üsamə radıyallahu anh Həzrətlərini tərkinə aldı. Ərafatdan hərəkət etdi və təmkinlə Müzdəlifəyə çatdı. Axşam namazı qılınmamışdı, işa vaxtı isə girmişdi. Rəsuli-Əkrəm əvvəl axşam namazını və arxasından işa namazını qıldı. Ertəsi səhər erkəndən sübh namazını qıldıqdan sonra yenə dəvəsinə mindi. Bu dəfə tərkinə Fadl bin Abbası aldı və Minaya gəldi. Həccin fərzlərini tamamladı və qurban kəsib təraş oldu. Kəsilən saçlarını Əshabı-Kiramına xatirə olaraq bir-bir, iki-iki payladı. O əsnada: “Ey insanlar! Həccin necə yerinə yetiriləcəyini, hökmlərini məndən öyrənin. Bilmirəm, amma bəlkə bundan sonra mənimlə burada görüşə bilməzsiniz” - dedi. Minada oxuduğu xütbəsində ümmətinə xitab olaraq: “Hər birinizin qanı və malı digərinə haramdır. Qiyamət günündə Rəbbinizin hüzuruna gələcəksiniz. O da əməllərinizdən soruşacaq və əməllərinizə görə cavab verəcəksiniz. Əsla məndən sonra kafirlər kimi bölük-bölük olub bir-birinizin boynunu vurmayasınız. Ey insanlar! Təbliğ etdimmi?” - deyə soruşdu. Oradakıların: “Bəli” - demələri ilə Rəsuli-Əkrəm də: “Şahid ol Ya Rəbb” - dedikdən sonra: “Burada olanlar olmayanlara təbliğ etsin” - buyurdu və sevimli ümməti ilə vidalaşdı. Sonra Məkkəyə gəldi, vida təvafı etdi və Həcc tamam oldu. Sonra Mədinəyə döndü. O əsnada Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinin oğlu Həzrəti İbrahim dünyadan köç etdi və Rəsulullah Əfəndimizi kədərləndirdi. Rəsuli-Əkrəm onun haqqında:

RkJQdWJsaXNoZXIy NTY0MzU=