Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 59 aya qədər icazə ver” - dedilər. Rəsuli-Əkrəm (s.a.v) onu da qəbul etmədilər. Nəhayət Səqiflilər hər təklifi qəbul edərək iman gətirdilər. Bəzi hadisələr Rəsuli-Əkrəm Rəcəb ayı içində bir gün Nəcaşinin, yəni Həbəş hökmdarı olan Ashamənin vəfatını xəbər verdi və Əshabı-Kiramı ilə birlikdə onun qiyabi cənazə namazını qıldı. Şaban ayında Rəsuli-Əkrəmin qızı və Osmanı Zinnureynin xanımı Ümmü Gülsum radıyallahu anhə Həzrətləri bu fani aləmdən köçdü. Şəvval ayında da münafiqlərin rəisi olan Abdullah bin Übey öldü. Müsəlmanlar onun şər və fəsadından xilas oldu. Onun ölümündən sonra min nəfər münafiq səmimi Müsəlman oldu. Hz. Əbu Bəkrin həcc əmirliyi Bu il həcc mövsümü gəlincə, Rəsuli-Əkrəm Əbu Bəkri Siddiq radıyallahu anh Həzrətlərini həcc əmiri təyin edərək üç yüz kişi ilə Məkkəi-Mükərrəməyə göndərdi. Xütbələri Həzrəti Əbu Bəkri Siddiq oxudu, insanlara həcc ibadətini öyrətdi. Həzrəti Əli də “Bəraə” surəsini oxudu və qurban bayramı günü: “Bu ildən sonra müşriklər həcci ifa etməsin və kimsə Beytullahı çılpaq təvaf etməsin” - deyə elan etdi. Məkkə fəth olunub Qureyşlilər də imana gəlincə, İslamın heybəti hər tərəfi bürüdü. Ərəb qəbilələrindən qrup-qrup elçilər gəlib-getməyə başladı. Hər nə vaxt bir elçi gəlsəydi, Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz paltarının ən yaxşısını geyər, gələn elçiyə dərəcəsinə görə hörmət edir, onun qəbiləsinin ənənə və adətinə görə danışırdı.

RkJQdWJsaXNoZXIy NTY0MzU=