Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 58 Dirar məscidinin yıxılması Rəsuli-Əkrəm (s.a.v) Təbuk qəzasına çıxmadan bəzi münafiqlər Quba məscidinin camaatını yoldan çıxarmaq niyyətilə onun yaxınında bir məscid tikməyi planlaşdırmışdılar. Fasiq Əbu Amir onlara: “Siz bir məscid tikin və içinə mümkün olduğu qədər silah qoyun. Mən də Rum hökmdarının yanına gedirəm. Sizə çoxlu Rum əsgəri gətirərəm və Muhamməd ilə səhabələrini Mədinədən çıxararam” - deyib Şama getdi. Beləliklə, onların tikdikləri bu məscidə Məscidi-Dirar deyilir ki, Təbukdan dönüb Mədinəyə gələrkən Rəsuli-Əkrəmə Allah tərəfindən o məscidin elə pis bir məqsədlə inşa olunduğu bildirildi. Rəsuli-Əkrəm (s.a.v) də dərhal Malik bin Dahşəm ilə Maan bin Adiyy radıyallahu təala anhumə Həzrətlərini göndərdi. Onlar da gedib Məscidi-Dirarı yıxdılar. Taiflilərin müsəlman olması Məkkənin fəthindən sonra Rəsuli-Əkrəm (s.a.v) Mədinəyə gələrkən Səqif qəbiləsinin rəisi Urvə bin Məsud İslamla müşərrəf olaraq Taifə dönmüş və Taifliləri İslam dininə dəvət etmişdi. Səqif qəbiləsinin rəisləri və səfilləri Urvə bin Məsudu oxa tutub şəhid etdilər. Rəsuli-Əkrəm də Həvazin qəbiləsinin rəisi olan Malik bin Avfa Səqif qəbiləsinə rahatlıq verməməsini əmr etmişdi. Malik Səqif qəbiləsini vurub talan etdi. Səqif qəbiləsi Taifdən çölə çıxa bilməyib qalada sıxışıb qaldılar. Taifdə kafir olaraq yaşaya bilməyəcəklərini anladılar. Rəsuli-Əkrəmin Təbuk Savaşından dönüşündə Səqif qəbiləsinin böyükləri Mədinəi-Münəvvərəyə gəlib itaət edəcəklərini bildirdilər. Lakin namaz qılmaq istəmədiklərini söylədilər. Həzrəti Peyğəmbər isə: “Bir dində ki, namaz yoxdur, onda xeyir yoxdur” - buyurdu. Bir də Səqif rəisləri həmişə tapındıqları Lat adlı bütə üç ilə qədər toxunulmamasını istədilər. Rəsuli-Əkrəm qəbul etmədi. “Heç olmasa bir

RkJQdWJsaXNoZXIy NTY0MzU=