Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 57 etdi, keçmiş və gələcək bütün qüsurlarının bağışlanıldığını müjdələdi. Münafiqlər: “Belə istidə yola çıxmayın” - deyə xalqa nəsihət verirmiş kimi görünərək təxribat törədirdilər. Onlara cavab olaraq: “Cəhənnəmin istiliyi daha şiddətlidir” - məalındakı ayəti-kərimə nazil oldu. Hicrətin doqquzuncu ili Rəcəb ayının Cümə axşamı günü Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri ordusu ilə Mədinədən çıxdı. Rəsuli-Əkrəm ilə birlikdə gedən əsgərlərin sayı otuz mindən çox olub on mini atlı idi. Sonra Təbuka çatıldı ki, Mədinədən Şama gedən yolun yarısıdır. Orada ordu çox az axan bir su başına gəldi. Su belə bir böyük orduya çatacaq qədər deyildi. Rəsuli-Əkrəm (s.a.v) ondan dəstəmaz aldı. Dərhal Rəsulullahın möcüzəsi olaraq su o qədər çoxaldı ki, bütün orduya yetdi. Ordunun Təbukda yerləşməsi ilə heybəti ətrafı bürümüşdü. Rum ordusundan da, Rum hökmdarına bağlı bədəvilərdən də bir hərəkət görülmədi. Buna görə döyüş olmadı. Lakin Rəsulullahın ordu ilə Şam hüdudlarına qədər gəlib Roma dövlətinə meydan oxuması hər tərəfi dəhşətə saldı. Dumətü'l-Cəndəl Savaşı Yenə o əsnada Rəsuli-Əkrəm (s.a.v) dörd yüz əlli atlı ilə Seyfullah Xalid bin Vəlid radıyallahu anh Həzrətlərini Dumətü'l-Cəndəl diyarının hökmdarı xristian Ükəydir bin Abdulməlikin üzərinə göndərdi. Hz. Xalid oraya getdi. Ükəydiri qala xaricində adamları ilə gəzərkən tutub gətirdi. Ükəydir də cizyə verməyi qəbul edincə, Rəsuli-Əkrəm (s.a.v) onu o şərtlə buraxdı. Rəsuli-Əkrəm iyirmi gün Təbukda durdu və Əshabı-Kiramla məsləhətləşib Mədinəyə dönüldü.

RkJQdWJsaXNoZXIy NTY0MzU=