Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 56 Hicrətin doqquzuncu ili (M. 630/631) Elçilər ili Yenə o əsnalarda Yəməndə yaşayan Himyer bəyləri tərəflərindən Mədinəi-Münəvvərəyə elçilər gəlib Rəsuli-Əkrəm ilə görüşdülər. İslamın şərtlərini öyrənib getdilər. Uzrə qəbiləsindən on iki adam gəldi. Qəbilələrinin zəkatlarını gətirib verdilər və hamısı iman gətirdilər. Ərəblərin gözəl şeir və söz söyləyən dahiləri Qurani-Kərimə bənzər bir söz söyləməkdən aciz qalaraq çoxu Müsəlman oldusa da, bir qismi batil dinlərində israr edərək İslam dinini silahla məğlub etmə sevdasına düşdülər. Lakin silahla etiraz etməkdən də aciz qalınca, Bəni Təmim kimi bəziləri yenə dil qılıncını çəkdilər, xütbə və şeir ilə etiraz etməyə cəhd etdilər. İslamın natiq və şairləri bəlağətdə onlara qalib gəldilər. Nəhayət onlar da acizliklərini etirafa məcbur oldular. Təbuk Savaşı Rum hökmdarının əmri ilə Şamda Müsəlmanlar əleyhinə böyük bir ordu təşkil edildiyi eşidildi. Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz də Şama getmək və Roma dövləti ilə müharibə etmək üçün Mədinəi-Münəvvərədə böyük bir ordu toplamağa başladı və qıtlıq zamanı olduğundan imkanı olanların əsgərə yardım etmələrini əmr etdi. Müsəlman qadınlar zinətlərini orduya hədiyyə etdilər. Əbu Bəkri Siddiq radıyallahu anh Həzrətləri bütün malını verdi. Osmanı Zinnureyn radıyallahu anh Həzrətləri üç yüz dəvə yükü yemək və min qızıl verdi. Rəsuli-Əkrəm də Həzrəti Osmana xüsusi dua

RkJQdWJsaXNoZXIy NTY0MzU=