Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 55 Müşriklərin yetmiş nəfəri öldü, bir çoxu əsir alındı. Qalanlar məğlubiyyətə uğrayıb pərişan oldu. Bütün malları, ailələri İslam əsgərlərinin əlinə keçdi. Müsəlmanların şəhidləri isə dörd adamdan ibarət idi. Hüneyndə Həvazin ordusu məğlubiyyətə uğrayıb pərişan olduqdan sonra qaçanlardan bir qismi Həvazin diyarında Əvtas vadisində toplandı. Əbu Amir radıyallahu anh Həzrətləri bir qisim əsgərlə oraya gedib döyüşə girişərək şəhid olunca, yerinə Əbu Musa Əşari radıyallahu anh Həzrətləri keçib döyüşü qazandı. Bir çox əsirlə qənimət malı götürüb geri döndü. Ərəb qəbilələrində Müsəlmanlara qarşı duracaq güc qalmadı. Lakin Səqif qəbiləsi mənsubları Taif diyarına getdilər və Həvazin qəbiləsinin rəisi olan Malik bin Avf da onlarla birlikdə Taif qalasına sığındı. Həzrəti Peyğəmbər də Taifə gedərək buranı mühasirəyə aldı. Hətta Salmanı Farisi radıyallahu anh Həzrətlərinin tərifi ilə mancanaq da istifadə etdi. Mühasirə on səkkiz gün çəkdi. Rəsuli-Əkrəm (s.a.v) mühasirədən əl çəkdi və ordu ilə Taifdən çəkilib əsirlərin və qənimət mallarının olduğu Ciranəyə gəldi. Rəsuli-Əkrəm (s.a.v) bir neçə gün əsirlərin və qənimət mallarının bölünməsi üçün Ciranədə qaldı. Rəsuli-Əkrəm (s.a.v) Məkkənin fəthindən sonra yeni Müsəlman olanlardan hələ qəlblərində imanları qüvvətlənməmiş (müəlləfəi-qulub) olanlara qənimət mallarından çox pay verdi. O əsnada Həvazin qəbiləsinin böyüklərindən olan kimsələr Ciranəyə gəldilər və müsəlman oldular. Əsir olan övlad və ailələrinin azad edilməsini xahiş etdilər. Bir gündə altı min əsir azad edildi. Hamısına Rəsulullahdan hədiyyə olaraq bir dəst paltar da geydirildi. Sonradan Həvazin qəbiləsinin rəisi olan Malik bin Avf gəldi və müsəlman oldu.
RkJQdWJsaXNoZXIy NTY0MzU=