Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 54 Rəsuli-Əkrəm Əfəndimiz Qureyşlilər haqqında ümumi əfv elan etdi. Kəbədə üç yüz altmış büt vardı, o gün hamısı qırılıb atıldı. Peyğəmbər Əfəndimiz sallalahü aləyhi və səlləm Həzrətləri Səfa təpəsinin üstünə çıxdılar. Kişilər Allaha və rəsuluna itaət etmək şərtilə beyət etdilər. Qadınlar da, “Allaha ortaq qoşmamaq, oğurluq və zinadan çəkinmək, övladlarını öldürməmək, kimsəyə iftira atmamaq və Allahın əmrinə asi olmamaq” üzrə Rəsulullaha beyət etdilər. Günorta vaxtı gəldikdə Həzrəti Bilal radıyallahu anh Kəbənin üstünə çıxıb azan oxudu. Kəbənin üstündə səhər Hübel bütü dururkən, bir anda yerlə bir olub günorta vaxtı Azanı-Muhammədi oxunur, Hərəmi-Şərifdə bu qədər bütlər hamısı birdən məhv edilib Kəbəi-Müəzzəmənin ətrafında minlərlə ağızdan təkbir alınır, Allahu Təala Həzrətlərinə ibadət olunurdu. Hüneyn Savaşı Məkkəi-Mükərrəmə fəth olununca, Qureyşlilərin çoxu Müsəlman oldu. İman gətirməyənlər çox az qaldı. Lakin ən böyük qəbilələrdən Həvazinlilər savaşmaq üçün aralarında birləşdilər. Taif ilə Məkkə ara- sında Hüneyn vadisində toplanmağa başladıqları eşidilincə, Rəsuli- Əkrəm də hazırlıqlarını tamamladı və Şəvval ayının yeddinci günü on iki min əsgərlə Məkkədən çıxıb Hüneyn tərəfinə hərəkət etdi. Rəsuli-Əkrəm (s.a.v) Şəvvalın on birində Hüneyn vadisinə gəldi. Müsəlmanlardan bəziləri İslam ordusunun çoxluğuna və qüvvətinə baxıb: “Bu əsgər heç bir vaxt azlıqdan ötrü məğlub olmaz” - dedilər. Haqq Təala Həzrətləri də Həbibini qalib edən və zəfər verənin yalnız Özü olduğunu bildirmək üçün bu hərbdə əvvəl İslam asgərlərinə bir məğlubiyyət göstərdi. Sonra sırf Öz yardımı olaraq böyük bir zəfər lütf etdi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=