Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 53 Sərbəst buraxılan Əbu Süfyan dərhal Hakim bin Xətim ilə birlikdə Məkkəyə gəldi. Hərəmi-Şərifə gedib Qureyşə: “Ey insanlar, gələn Muhamməddir. Sizin qarşı gələ bilməyəcəyiniz bir qüvvə ilə gəlir” - dedi. “Muhamməd nə dedi?” - deyə soruşduqlarında: “Əbu Süfyanın evinə girən amandadır, Məscidə girən amandadır, Evində oturub qapısını bağlayan amandadır” - dedi. Sonra: “Ey Qureyş topluluğu! Müsəlman olun, qurtulun” - dedi. Peyğəmbər Əfəndimiz Həzrətləri: “Qureyş tərəfindən hücum edilmədikcə döyüşə girişməyin” - deyə Səhabələrinin hamısına tənbeh etdi. Onun üçün İslam əsgərləri kimsəyə hücum etməyərək tam bir hörmət və ehtiramla Məkkəi-Mükərrəməyə girmək üçün dəstə-dəstə olaraq getdilər. Xalq tərəfindən də hücum olmadı. Lakin Xandamada Süheyl, İkrimə və Safvanın topladığı əsgərlər Xalid bin Vəlidin əsgərlərinin yolunu bağlamaq istədilər. Hz. Xalid onlara nəsihət verdisə də, dinləmədilər və dərhal döyüşməyə başladılar. Qurz bin Cabir ilə Hubeyş bin Əşarini şəhid etdilər. Həzrəti Xalid də döyüşməyə məcbur oldu. Və şiddətli bir hücum edərək on üç müşriki öldürdü, qalanları dağılışdı. Başqa tərəfdə vuruşma olmadan İslam əsgərləri dəstə-dəstə Məkkəi- Mükərrəməyə girdilər. Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri də Məkkəi-Mükərrəməyə girdi. Kəbəi-Müəzzəmədə təkbir alınca bütün Əshabı-Kiram təkbir aldılar, dağlar təkbirlərlə titrədi. O gün Cümə günü idi və Ramazan bayramına on gün qalmışdı. Müsəlmanlar üçün sevincli bir gün idi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=