Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 52 “Ya Xuzaadan ölən adamların diyətlərini verin, yaxud Bəni Bəkri qorumaqdan imtina edin” - deyə xəbər göndərdi. Qureyşlilər iki təklifi də qəbul etmədilər. Lakin əhdi pozduqlarını anlayınca təlaşa düşdülər. Sülhü yeniləyib uzatmaq üçün Əbu Süfyanı Mədinəyə göndərdilər. Əbu Süfyan Rəsuli-Əkrəm (s.a.v) ilə görüşüb sülhü yeniləmək istədi. Lakin bir cavab ala bilmədi və dəvəsinə minib getdi. Rəsuli-Əkrəm isə Əbu Süfyanın dönməsindən sonra səfər hazırlıqlarına başladı. Həzrəti Peyğəmbər: “Allaha və axirətə iman gətirənlər Ramazanı-Şərifin ilk günlərində Mədinəyə gəlsinlər” - deyə Ramazanı-Şərifin əvvəlində xəbər göndərdi. Mədinəi-Münəvvərə ətrafında olan qəbilələr də dəstə-dəstə gəlməyə başladı. Rəsuli-Əkrəm (s.a.v) dərhal hicrətin səkkizinci ili Ramazandan on gün keçdikdən sonra on min İslam əsgəri ilə Mədinəi-Münəvvərədən çıxıb Məkkəi-Mükərrəməyə doğru hərəkət etdi. Hüdeybiyyə ilində Mədinədən hərəkət edən İslam ordusu min beş yüz adam civarnda olduğu halda, iki il sonra Məkkə üzərinə çıxarılan ordunun on min adam olması Hüdeybiyyə sülhünün meyvəsidir. Ordu Mərru'z-Zahran vadisinə çatdi. Rəsuli-Əkrəm gecə orada on min tonqal yandırtdı və təşrifini elə bir böyük tonqal donanması ilə Qureyşə bildirdi. Xuzaa qəbiləsi yolları tutduğundan Qureyşin İslam ordusundan xəbərləri olmamışdı. Qureyş rəisləri heyrətə və təlaşa düşdülər və Əbu Süfyanın başına toplandılar. O da Mərru'z-Zahranın üzərindəki təpəyə çıxdı. “Bu qədər tonqal yandıran ordu görəsən kim?” - deyə düşünüb gəzərkən İslam ordusunun süvari dəstəsinə əsir düşdü. Əbu Süfyan ilə birlikdə əsir düşən Hakim bin Xətim ilə Büdeyl bin Vəriqa nəticədə Müsəlman oldular.
RkJQdWJsaXNoZXIy NTY0MzU=