Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 51 Mütədə beləliklə müharibə gedərkən Rəsuli-Əkrəm (s.a.v) o müharibəni Məscidi-Şərifdə sanki orada imiş kimi xəbər verirdi. Zatü's-Səlasil Savaşı Bəliy və Uzr qəbilələrinin Mədinəi-Münəvvərə heyvanlarını yağmalamaq üçün toplandıqları xəbəri gəldi. Rəsuli-Əkrəm (s.a.v) Amr bin Ası komandir təyin etdi və hicrətin səkkizinci ilinin Cəmaziyəl- axırında üç yüz əsgər ilə o tərəfə göndərdi. Amr bin As (r.a) onların çox olduqlarını xəbər alınca kömək istədi. Rəsuli-Əkrəm (s.a.v) də Əbu Ubeydə bin Cərrah Həzrətlərini iki yüz əsgər ilə göndərdi. Əbu Bəkri Siddiq və Ömərü'l-Faruq radıyallahu təala anhumə Həzrətləri də bu iki yüz adamın içində idilər. Amr bin As (r.a) döyüş üçün lazımi tədbirləri gördü. Orduda gecə tonqal yandırılmasını qadağan etdi. Səhər erkəndən düşmən üzərinə qəflətən şiddətlə hücum etdi, düşmən də birdən-birə qorxub məğlub oldu. Məkkəi-Mükərrəmənin fəthi Hüdeybiyyədə bağlanan sülh ilə Xuzaa qəbiləsi Rəsuli-Əkrəmin (s.a.v) himayəsi, Bəni Bəkir qəbiləsi də Qureyşlilərin himayəsi altına girmişdilər. Xuzaa ilə Bəni Bəkir qəbiləsi arasında köhnə bir düşmənlik vardı. Hicrətin səkkizinci ilində Bəni Bəkir qəbiləsi qəflətən Xuzaa qəbiləsi üzərinə hücum etmiş, iyirmi üç adamı öldürmüşdülər. Xuzaa qəbiləsi tərəfindən Amr bin Salam gəldi və Rəsuli-Əkrəmə (s.av ) vəziyyəti ərz etdi. Qureyşlilər də Bəni Bəkir ilə birlikdə Xuzaaya hücum etdiklərindən Hüdeybiyyə müqaviləsini pozmuş oldular. Bu səbəblə Rəsuli-Əkrəm (s.a.v) də Xuzaaya kömək edəcəyinə söz verdi. Qureyşlilərə:

RkJQdWJsaXNoZXIy NTY0MzU=