Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 50 “Zeyd bin Harisə şəhid olsa, yerinə Cəfər bin Əbi Talib və o da şəhid olsa, Abdullah bin Rəvaha keçsin. O da şəhid olarsa, Müsəlmanlar içlərindən birini seçsinlər” - buyurdu. Şurahbil Müsəlmanları qarşılamaq üçün bir miqdar atlı göndərdi. Özü də əsgər toplamağa başladı. Rum əsgəri ilə Rumlara bağlı Ərəblərdən çox böyük bir ordu topladı. Mütədə düşmən əsgəri göründü. Zeyd (r.a) dərhal bayrağı götürüb döyüşə girdi. Lakin nizə ilə vurulub şəhid olunca, bayrağı Cəfər bin Əbi Talib radıyallahu anh tutdu, o da şəhid oldu. Dərhal Abdullah bin Rəvaha radıyallahu anh qaçıb bayrağı götürərək döyüşə başladı, o da şəhid oldu. Bu əsnada daha on nəfər əsgər şəhid oldu. Buna görə İslam əsgəri dağıldı. Elə bu əsnada Həzrəti Xalid bütün Müsəlmanların müştərək qərarı ilə sərkərdə seçildi. Həzrəti Xalid bayrağı əlinə aldı və əsgəri gözəl şəkildə safa düzdü. Müharibə bütün şiddəti ilə axşama qədər davam etdi. O gün Xalidin əlində doqquz qılınc qırıldı. İslam ordusunun qüvvəti çox az olduğu halda göstərdikləri fədakarlıqlara düşmən əsgəri heyrətləndi və gözləri xeyli qorxdu. Sabahısı gün Həzrəti Xalid əsgərin vəziyyətini dəyişdirdi: öndəkiləri geriyə, geridəkiləri də önə keçirdi və sağ qanaddakı əsgəri sol qanada, sol qanaddakı əsgəri sağ qanada keçirdi. Düşmən dünən gördüyü əsgərdən başqa əsgər görüncə Müsəlmanlara yardım üçün təzə əsgər gəldiyini hesab etdi. Bu əsnada Xalid onların üzərinə qəflətən bir şiddətli hücum etdi, düşmən məğlub oldu və müharibə meydanında da bir çox silah və sursat buraxıb geri çəkildi. Həzrəti Xalid düşmənin məğlub olmasını fürsət və bu fürsəti qənimət bilərək dərhal geri çəkildi və sağ-salamat Mədinəi-Münəvvərəyə döndü.

RkJQdWJsaXNoZXIy NTY0MzU=