Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 49 Peyğəmbər Əfəndimizin qəza ümrəsi Hicrətin yeddinci ili Zilqadə ayının ilk günlərində Rəsuli-Əkrəm (s.a.v) ümrə, yəni Kəbəni təvaf və say niyyətilə Mədinəi-Münəvvərədən çıxdı. Qurbanlıq altmış dəvə apardı, ehtiyatda yüz at vardı. Uşaq və qadınlardan başqa Əshabı-Kiramdan iki min adam da yanında idi. Məkkəi-Mükərrəməyə girdilər. Rəsuli-Əkrəm Beytullahı təvaf və Səfa və Mərvə arasında say etdilər. Rəsuli-Əkrəm üç gün Məkkəi-Mükərrəmədə qaldıqdan sonra Əshabı-Kiramı ilə birlikdə Mədinəyə döndülər. Hicrətin səkkizinci ili (M. 629/630) Xalid bin Vəlid, Osman bin Əbi Talha və Amr bin As hicri səkkizinci ilin Səfər ayında Mədinəi-Münəvvərəyə gəlib İslam ilə müşərrəf oldular. Qureyş əşrafından belə üç böyük şəxsin birlikdə gəlib iman gətirmələri Müsəlmanlar üçün böyük sevinc oldu. Mütə Savaşı Mütə Şam diyarında Bəlqaya bağlı bir yerdir. Hicrətin səkkizinci ili Cəmaziyələvvəl ayında orada böyük bir müharibə olmuşdur. Müsəlman- ların Rumlarla ilk müharibəsi budur. Rəsuli-Əkrəm (s.a.v) Haris bin Umeyr radıyallahu anh Həzrətlərini məktub ilə Bəsrə valisinə göndərmişdi. Şurahbil bin Amr onu Rəsuli- Əkrəmin elçisi olduğunu bildiyi halda öldürmüşdü. Rəsuli-Əkrəm (s.a.v) elçisinin öldürüldüyünü eşidincə çox təsir- ləndi. Zeyd bin Harisə radıyallahu anhı sərkərdə təyin edərək üç min əsgərlə göndərdi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=