Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 48 Beləliklə, ətrafda olan qəbilə və tayfalar İslamın əzəmətindən qorxub bir-bir boyun əydilər. Mədinəi-Münəvvərəyə qayıtdıqdan sonra hərdənbir ətrafa əsgərlər göndərildi. Müsəlmanlar az vaxtda çox böyük qüvvə qazandılar. Beləliklə, iki il sonra asanlıqla Məkkənin fəthinə müvəffəq oldular. Bu fütuhat Hudeybiyyə sülhünün faydalı nəticələrindən idi. Peyğəmbər (s.a.v) Əfəndimizin elçiləri Hüdeybiyyədən qayıtdıqdan sonra bütün insanlara və cinlərə Peyğəmbər olan Muhamməd Mustafa (s.a.v) Həzrətləri tərəfindən İslama dəvət üçün ətrafdakı hökmdarlara göndərilmək məqsədilə hicrətin yeddinci ili Muharrəm ayında altı ədəd məktub yazıldı. Üzərində “Muhammədun Rasûlullâh” yazılmış gümüş bir möhür hazırlandı və məktublara basıldı. Həbəşistan hökmdarı olan Ashamə bin Bahra Hz. Amr bin Ümeyyə Damri, Misir hökmdarı olan Muqavqısa Xatib bin Bəltəa, Rum hökmdarı olan Herakla Dihyə bin Xəlifə, Bəlqa hökmdarı olan Haris bin Əbi Şimrə Şüca bin Vəhəbi Əsədi, Nəcddə Bəni Hənifədən Yəmən hökmdarı olan Həvzə bin Əliyə Salit bin Amr və İran hökmdarı olan Xosrov Pərvizə Abdullah bin Hüzafə göndərildi. Amr bin Ümeyyə Həbəşistandakı Müsəlmanları gətirməyə və Ümmi Həbibə radıyallahu anhə Həzrətlərini Rəsuli-Əkrəmə (s.a.v) nikahla- maqla vəzifələndirildi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=