Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 46 Hərçənd Kəbəni təvaf etmədən geri döndüklərindən ötrü kədərli idilər. Ancaq yolda yaxında böyük fəthləri müjdələyən Fəth surəsi nazil olunca sevindilər. Hicrətin yeddinci ili (M. 628/629) Xeybərin fəthi Xeybər Mədinənin Şam tərəfində və Mədinəyə dörd qonaqlıq məsafədə böyük bir şəhər idi. Yəhudilərin qalanlarının çoxu Xeybərdə toplanmışdılar. Rəsuli- Əkrəm (s.a.v) Hüdeybiyyədən dönüb iyirmi gün Mədinədə qaldıqdan sonra hicrətin yeddinci ili Muharrəm ayında min dörd yüz piyada və iki yüz süvari ilə Mədinədən çıxıb Xeybər tərəfinə hərəkət etdi. Xeybər müharibələrində Müsəlmanlardan on beş əsgər şəhid oldu. Yəhudilərdən isə doxsan üç adam öldürüldü. Bu müharibədə Həzrəti Əli (k.v) qala qapısını qoparıb qalxan kimi istifadə etdi. Xeybər qalaları bir-bir alındı, bir çox mal və əşya ələ keçirildi. Xeybərin fəthindən sonra Xeybər Yəhudiləri tərəfindən Rəsuli- Əkrəmə (s.a.v) bir qızardılmış qoyun hədiyyə olundu. Peyğəmbər (s.a.v) Əfəndimiz bir tikəsini bir az çeynədikdən sonra ağzından çıxarıb atdı və: “Əlinizi çəkin, bu qoyunun zəhərli olduğu mənə bildirildi!” - buyurdu. Lakin Bərra bin Marurun oğlu Bişr bir loxma udmuşdu. Qoyunu zəhərləyən Zeynəb binti Haris Rəsulullahın huzuruna gətirildi. “Bu xəyanətə necə cürət etdin?” - deyə soruşuldu. Zeynəb də: “Əgər haqq Peyğəmbərsənsə, sənə zərər verməz və əgər yalançısansa, əlindən xilas olarıq” - deyə bu işə cəsarət etdim. İndi haqq
RkJQdWJsaXNoZXIy NTY0MzU=